Əbu Talib (; ) və ya Əbu Talib Əbdümənaf ibn Əbdilmüttalib ibn Haşim əl-Qureyşi əl-Haşimi — Bəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin qəyyumu olmuşdur.

Bioqrafiyası Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdülmüttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi. Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur.Bölmə 246, ibni əbil Hədiddən nəqal qovl etmişdir. bu kitabdan:Nəhcül-Bəlağə Şərhi, c14, s84 Məkkə şairlərindən sayılan Əbu Talibin bəzi beytlərindən dilçilikdə istifadə edilməsi onun mahir bir şair olduğunu göstərir. Onun Əbu Hiffən Abdullah ibn Əhməd əl-Mihzəmi tərəfindən toplanmış şeirləri "Divanu-Şeyxil-Əbatih" adı altında nəşr olunmuşdur. Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir.

İmanı haqqındakı fikirlər Əbu Talibin müsəlmanlığı məsələsi müzakirə mövzusudur. Onun inamı haqqında ziddiyyətli fikirlər vardır:

Şiələrə görə o müsəlman olaraq ölmüşdür.Şeyx Müfid, "İmanu Əbu Talib" səh. 25–26.Şeyx Kuleyni, "əl-Kafi", 1/274, Höccət Kitabı, hədis 28Şeyx Kuleyni, "əl-Kafi", 1/274, Höccət Kitabı, hədis 29Şeyx Səduq, "Kəmal əd-din", səhifə 174, hədis 31II Məclisi, "Miratul Uqul", 5/253 Şiələr bu barədə bir çox sünni alimlərinin də nəzərlərini və qeyd etdikləri hədisləri dəlil kimi gətirilər.

Sünni alimlərdən İbn Həcər Əsqəlani, İbn Hişam, İbn Səd, Vəqidi kimi alimlər Əbu Talibin iman etdiyi barədə müxtəlif hədisləriİbn Həcər Əsqəlani, “Fəthul-bari fi şərhi Səhihul-Buxari”, “Kitabul-istisqa”, bab: “sualun-nas əı-imamə əl-istisqa iza qəhətu”.İbn Hişam, “'əs-Sirətun Nəbəviyyə”, 1/376İbn Səd, “ət-Təbəqatul-kubra”, c. 1, səh. 142, 143. və onun dilindən şeirləri nəql ediblər. Əbu Talibin imanı haqqında şiələrin ən məşhur kiabı Şeyx Müfidin qələmə aldığı "İmanu Əbu Talib" kitabıdır. Onlar bu məsələ haqqında Qurani-Kərimin "Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?!"Qurani-Kərim, Zuha surəsi, ayə 6. ayəsini dəlil olaraq gətirir və bu ayənin Əbu Talib haqqında olmasını iddia edirlər. Bunun səbəbi kimi də tarixdə də qeyd edildiyi kimi Məhəmməd peyğəmbərin uşaqlıqdan Əbu Talibin himayəsinə keçməsini göstərirlər. Əbu Talibin söylədiyi bir çox şeirlərdə də onun iman etməsi barədə nəqllər mövcuddur: Bildim ki, Məhəmmədin dini həqiqətən,

İnsanlara göndərilmiş ən xeyirli dindir

Allah hörmətli edib Məhəmməd peyğəmbəri,

İnsanlar içərisində Allahın ən hörmətli məxluqu Əhməddir.Məhəmməd Cavad Xəlil, Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib, səh.6-8Sünnilərin əksəriyyəti Əbu Talibin kafir olaraq öldüyünü bir sıra hədisləri rəhbər tutaraq bəyan edir və bu haqda Quranın aşağıdakı ayələrini dəlil olaraq gətirirlər. Onlara görə bu ayələr Əbu Talibin kafir olaraq ölməsinin sübutudur: "Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək Peyğəmbərə və möminlərə yaraşmaz." "Sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola yönəldər."

Bu məsələdə şərqşünasların fikirləri də müxtəlifdir:

Vilyam Myur – O, Əbu Talibin Peyğəmbərə səmimi bir dəstək verdiyini, lakin İslamı açıq şəkildə qəbul etmədiyini iddia edir. Montqomeri Vott bildirir ki, Əbu Talib siyasi və qəbiləvi səbəblərə görə İslamı açıq şəkildə qəbul etməsə də, İslamın yayılmasına böyük töhfə vermişdir. O, Peyğəmbəri qoruyaraq, İslamın erkən dövrdə yaşamasını təmin etmişdir. İqnas Qoldziher – O, Əbu Talibin Məhəmmədin peyğəmbərliyini qəbul edib-etməməsi məsələsində qeyri-müəyyən mövqe tutur. O, Əbu Talibin İslamı siyasi və sosial bir fenomen kimi dəstəklədiyini düşünür.

İstinadlar

Xarici keçidlər Əbu Talib

Kateqoriya:Səhabələr Kateqoriya:Əli Kateqoriya:Məkkədə doğulanlar Kateqoriya:Məkkədə vəfat edənlər Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:Məkkəlilər Kateqoriya:VII əsr ərəbləri