Nikolay Nikolayeviç Muravyov (), ) — Rusiya hərbçisi.

Həyatı N. N. Muravyov (1794–1866) I Nikolay dövrünün hərbi xadimlərindəndir. 1812-ci il Vətən müharibəsinin, II rus-İran (1826–1828) və 1828–1829-cu illərdəki rus-türk müharibələrinin iştirakçısıdır. 1816-cı ildə Yermolovun İrana gedən missiyasının üzvlərindən biri olub. II rus-İran müharibəsində polkovnik hərbi rütbəsini daşıyıb. 1837-ci ildə istefaya çıxıb. Ancaq 1848-ci ildə yenidən hərbi xidmətə çağırılıb və 1854-cü ildə Qafqaz canişini təyin edilib. 1856-cı ildə öz xahişi ilə istefaya göndərilib. Memuar kitabların müəllifidir. O həm də Karsski titulunun sahibi olub.

N. N. Muravyovun bu səfərlə bağlı xatirələri ölümündən sonra 1886-cı ilin aprelində nəşr edilmişdir. Kitab belə adlanır: "N. N. Muravyovun qeydləri 1816. İrana səyahət". Qeyd edək ki, onun xatirələri 3 kitabda toplanılıb.

İstinadlar

Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1828–1829) iştirakçıları Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Rusiya imperiyasının səyyahları