Məzmun Xaş milli xörəkdir. Adəti üzrə və ənənəyə görə xaşı səhər saat 4-dən 5-dək yeyirlər. Filmdə deyilir ki, həyatın ağrı-acılarından və işləməkdən yorulmuş adamlar gecə ilə səhər arasında iki saat ərzində, xaş yeyən vaxtı ömürlərini daha maraqlı yaşayırlar, nəinki qalan vaxtlarda. Sonra adama şirin yuxu gəlir, bütün şəhər, bütün respublika yatır, yuxudan ayılanları gündəlik adi həyat öz ağuşuna alır.

Film haqqında Film operator Amin Novruzovun kinoda quruluşçu operator kimi ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Vaqif Mustafayev Ssenari müəllifi: Vaqif Mustafayev Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Rafiq Nəsirov Səs operatoru: Əsəd Əsədov

Rollarda Hacı İsmayılov Larisa Xələfova Səməndər Rzayev Yaşar Nuri (Yaşar Nuriyev kimi) — tərcüməçi Şükufə Yusupova — qadın Ələsgər Məmmədoğlu Eldəniz Zeynalov

Mənbə Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər