Əsma əl-Əsəd — (; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs ; ) — Suriyanın birinci xanımı, keçmiş prezident Bəşşar əl-Əsədin həyat yoldaşı.
Bioqrafiya Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir.Is Asma Assad in London? The Daily Telegraph, By Nabila Ramdani, 10 may 2011 Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar. O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb.Harvey, Oliver. Sexy Brit bringing Syria in from the cold , The Sun (3 iyul, 2009). Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb.
Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi. Onların üç uşağı var: Hafiz, Zeyn, Kərim. Əsma Əsədin valdeyinləri Böyük Britaniyada yaşıyırlar.Евросоюз ввел санкции в отношении жены Асада (рус.) // BBC Russian. — 23 mart 2012 il
Həmçinin bax Bəşər Əsəd
İstinadlar
Xarici keçidlər
The First Lady: Asma Akhras al-Assad Syrian Embassy in Washington, D. C. Ann Curry interviews Asma, NBC Nightly News with Brian Williams, 9 may 2007 The London girl with a plan to save Syria, Margarette Driscoll, The Times, 7 December 2008
Kateqoriya:Suriyanın birinci xanımları Kateqoriya:Londonda doğulanlar Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:Suriya siyasətçiləri Kateqoriya:Suriyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Rusiya immiqrantları