Məzmun Film Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur.
Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə "Mehman" və "Su ərizəsi" əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Vaqif Hümmətoğlu Rejissor: Əli Musayev Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Filmin direktoru: Əli Məmmədov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Ağ-qara filmlər