Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi () — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir."'German Mobs' Vengeance on Jews", The Daily Telegraph, 11 November 1938, cited in Gilbert, Martin. Kristallnacht: Prelude to Destruction. Harper Collins, 2006, p. 42. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi."World War II: Before the War" , The Atlantic, June 19, 2011. "Windows of shops owned by Jews which were broken during a coordinated anti-Jewish demonstration in Berlin, known as Kristallnacht, on Nov. 10, 1938. Nazi authorities turned a blind eye as SA stormtroopers and civilians destroyed storefronts with hammers, leaving the streets covered in pieces of smashed windows. Ninety-one Jews were killed, and 30,000 Jewish men were taken to concentration camps".
Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur.
Tarixi Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı. Bütün yəhudilərin 50% -i Almaniyanın 10 ən böyük şəhərində, o cümlədən Berlin (təxminən 160.000), Frankfurt (təxminən 26.000), Breslau (təxminən 20,000), Hamburq (təxminən 17,000), Köln (təxminən 15.000), Hannover (təxminən 13,000) və Leypsiq (təxminən 12,000) məskunlaşmışdı. Əvvəldən Hitler rejimi anti-yəhudi siyasəti aparırdı. 1933-cü ildən başlayaraq, Almaniya hökuməti yəhudilərə qarşı qanunlar qəbul etməyə başlamışdı. Bu qanunlar yəhudilərin hüquqlarını məhdudlaşdırmağa hesablanmışdı. Yəhudilər bu qanunlarla tam vətəndaş hüquqlarını itirmiş, pul qazanmaq və təhsil almaq hüquqları məhdudlaşdırılmış, dövlət qulluğunda işləməkdən məhrum olmuşdular. 1935-ci ildə Nürnberq irqi qanunları qəbul edildi. Bununla Almaniya yəhudiləri vətəndaşlıqdan məhrum edildi və yəhudilərin almanlarla əlaqəyə girməsini qadağan edildi.
Bu qanunların nəticəsi yəhudilərin Almaniya ictimai və siyasi həyatından kənarlaşdırılması idi. Nasistlərin hakimiyyətə gəldiyi andan Büllur gecəyə qədər Almaniyanı 213 min yəhudi tərk etmişdi.
1938-ci ildə Almaniya "radikal antisemitizm fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu".Johnson, Eric. The Nazi Terror: Gestapo, Jews and Ordinary Germans. United States: Basic Books, 1999, p. 117. Bəzi tarixçilər hesab edirlər ki, Nasist hökuməti yəhudilərə qarşı planlı bir zorakılıq hadisəsi hazırlayırdı və müvafiq təxribatı gözləyirdi. Belə ki, 1937-ci ilin sənədlərində belə planlaşdırmanın bəzi sübutları mövcuddur.Friedländer, Saul. Nazi Germany and The Jews, volume 1: The Years of Persecution 1933–1939, London: Phoenix, 1997, p. 270 Almaniyalı tarixçisi Hans Mommsen 1997-ci ildə verdiyi müsahibədə talanların əsas səbəbinin Nasional Sosialist Alman Fəhlə Partiyasından olan qaulyayterlərin yəhudi əmlakını və biznesini ələ keçirmək istəyinin olduğunu iddia edirdi.
1938-ci ilin avqustunda Almaniya hakimiyyəti Polşa əsilli yəhudilərin Almaniyadan kütləvi şəkildə deportasiya edilməsini həyata keçirdi.<ref>Recollections of Rosalind Herzfled, Jewish Chronicle, 28 September 1979, p. 80; cited in Gilbert, The Holocaust—The Jewish Tragedy;;, London: William Collins Sons & Co. Ltd, 1986.</ref> Polşa-Almaniya sərhəddində dolanışıq vasitəsi olmadan qovulan minlərlə yəhudi arasında 1911-ci ildə Polşa Krallığının Varşava Baş Qubernatorluğundan köçüb Hanoverdə məskunlaşan Sendel və Rifka Qrinşpan ailəsi də var idi. onların on yeddi yaşlı oğlu Herşel, o vaxt Parisdə əmisi ilə birlikdə yaşayırdı. Herşel Polşadakı bacısından ailənin qovulmasını təsvir edən açıqca aldı: "Baş verənlər barədə bizə məlumat verilməsə də, biz hər şey haqqında artıq qərar verildiyini gördük. … Biz bir qəpiksiz qalmışıq. Lodza əmim və ya sən bir az pul göndərə bilərsiniz?"German State Archives, Potsdam, quoted in Rita Thalmann and Emmanuel Feinermann, Crystal night, 9–10 November 1938, pp. 33, 42. O, açıqcanı 1938-ci il noyabrın 3-də aldı.
Hadisələrin gedişi 200px|thumb|right|Herşel Qrişpanın həbsdən sonra çəkilmiş fotosu (1938-ci il 9 noyabr) 200px|thumb|right|Ernst fon-Rat. Hələ 1938-ci ilin fevral ayında Hitler SD-nin rəhbəri Reynhard Heydrixə "Yəhudilər və onların yalanları haqqında" pamfletinin müəllifi Martin Lüterin ad günündə alman diplomatına qarşı bir yəhudi sui-qəsdi cəhdini hazırlamağı əmr etdi. Heydrix bu cür aksiyaların təşkilində çox uğursuz bir təcrübəyə sahib idi. Belə ki, 1938-ci ilin yanvarında Almaniyanın Avstriyadakı səfiri Frans fon Papenin həyatına sui-qəsdlə Anşlussa haqq qazandırmaq üçün qondarma aksiyanın üstünü yerli nasistlərin qərargahından sənədləri ələ keçirən Avstriya polisi açmışdı. Yeni tapşırıq Heydrixə özünü yenidən göstərmək imkanı verirdi.
1936-cı ildə Fransaya gələn Herşel Qrişpan iki il ərzində yaşayış icazəsi ala bilməmişdi. 1938-ci ilin avqustunda isə ona ölkəni tərk etmək üçün ayın 15-ə kimi vaxt verildi. Bundan sonra Fransada qeyri-leqal vəziyyətdə yaşayırdı. O, bacısından aldığı açıqcadan və ertəsi gün isə Parisdə idiş dilində çıxan Haynt (Journee Parisienne) qəzetindnə hadisələr haqqında ətraflı məlumatlar oxuyur. Bir neçə gün oxuduqlarının təsiri altında dolaşan Herşel noyabrın 7-də silah mağazasından tapança alaraqMlynek, Klaus. Die "Reichskristallnacht". // Reichskristallnacht in Hannover. Eine Ausstellung zur 40. Wiederkehr des 9. November 1938. — Hannover, 1978. — S. 59. Almaniya səfirliyinə yollanır və burada rəsmilərdən biri ilə görüşmək istəyir. Onu səfirliyin katibi Ernst fom Rat qəbul edir. Cibindən tapançasını çıxaran Herşel fom Rata "Murdar boş" (boş — Fransada almanlara verilən təhqiramiz ləqəbdir) deyərək, beş güllə vurur.Döscher, Hans-Jürgen. "Reichskristallnacht". Die Novemberpogrome 1938. — 3. Auflage. — München: Econ, 2000. — ISBN 3-612-26753-1. — S. 69ff.
Bundan sonra qaçmağa cəhd etməyən Herşel Grişpanı fransız polisi həbs edir. Onun cibindən tapılan və ailəsinə ünvanladığı yazıda "Əziz valideynlərim, mən başqa cür edə bilməzdim, qoy Tanrı məni bağışlasın. Sizin aqibətiniz haqqında biləndə ürəyimdən qara qanlar axdı və mən elə etiraz etməliyəm ki, bu barədə bütün dünya eşitsin" yazılırdı.
Ernst fom Rat beş yerdən yaralansa da, vaxtında təcili tibbi yardım sayəsində çox qan itirməyən alman diplomatının həyatı üçün heç bir təhlükə yox idi.
Berlindən göndərilən Hitlerin şəxsi həkimi Karl Brandt Ernst vom Rata uyğun olmayan qan köçürdü. Bundan sonra, Ernst fom Rat noyabrın 9-da 17:30-da öldü. Qrinşpan Almaniyaya ekstradisiyasından əvvəl mərhum diplomatla homoseksual əlaqələrdə olduğunu israr etdiyindən, fürerin Almaniyada vəd etdiyi açıq məhkəmə baş tutmadı. Bu hadisədə ən acı istehzalı cəhət o idi ki, Qrişpanın öldürdüyü diplomat nasist ideyalarını bölüşmürdü və ölkəsinin rəhbərlyini məhz antisemit siyasətinə görə açıq tənqid etməkdən çəkinmirdi. Buna görə də, etibarsız element kimi gestaponun xüsusi nəzarətində idi.William L. Shirer, The Rise And Fall Of The Third Reich, p. 430.. 250px|thumb|right|Burneplatdakı Frankfurt Sinaqoqunun iğtişaşçılar tərəfindən yandırılması. 250px|thumb|right|Büllur gecədə yandırılmış Münhendəki "Ohel Yaakov Sinaqoq"u
Lakin Almaniya hakimiyyəti Tomas Rathın ölümündən Almaniya, Avstriya və Sudet əyalətində kütləvi yəhudi talanlarının təşkili üçün bir bəhanə kimi istifadə etdi. Almaniyada dərhal güclü bir təbliğat kampaniyası təşkil edildi. Noyabrın 7-də "Völkischer Beobachter" qəzetinin təcili sayı çıxdı və aşağıdakı sətirlər orada əksini tapmışdır:
250px|thumb|right|Talandan sonra Berlindəki Fazanenştrasedəki sinaqoqun daxili hissəsi. Ertəsi gün Almaniya hökuməti ictimai ibtidai məktəblərdə oxuyan yəhudi uşaqları istisna olmaqla, bütün digər yəhudi mədəni və ictimai fəaliyyətlərinin qeyri-müəyyən müddətə durdurulduğunu və yəhudi qəzet və jurnallarının, o cümlədən alman dilində olan nəşrlərində çapının dayandırıldığını elan etdi. Böyük Britaniyada bir qəzet bunu yəhudi əhalisini liderlərindən kənarlaşdıran son addım "yəhudi icmasını məhv etmək və bir araya gətirən son kövrək bağını çıxarmaq" məqsədilə təsvir etdi.. Həmçinin yəhudilərin bütün mülki hüquqları da ləğv edildi."Nazis Planning Revenge on Jews", News Chronicle, 9 November 1938 Onlara iqtisadi fəaliyyətlə məşğul olmaq qadağan edildi. Onlar müəssisələrini, torpaqlarını, qiymətli kağızlarını, incəsənət nümunələrini almanlara satmalı idilər. Kurortlara, muzeylərə, teatr və kinoteatrlara, stadionlara, sərgilərə, kitabxanalara, ictimai hamamlara getmək qadağan edildi. Küçələrdə, parklarda "yalnız yəhudilər üçün" yazılan skamyalarda otura bilərdilər. Avtomobilə və sürücülük vəsiqəsinə malik ola bilməzdilər. Bütün bunlar daha əvvəlki məhdudiyyətlərə əlavə olunurdu.
Noyabrın 9-da Almaniya rəhbərliyi "Pivə qiyamı"nın ildönümünü qeyd etdiyi zaman Parisdə ağır yaralı alman diplomatının öldüyünü xəbər verdikdən sonra bayrama qatılan Yozef Gebbels aşağıdakıları bildirdi:
Gebbelsin çıxışından sonra bayrama qatılan regional nasist təşkilatlarının rəhbərləri öz yerli təşkilatları üçün təlimatlar hazırladılar. Reyxin fərqli bölgələrində bir çox üzvünün mülki geyimli olduğu Hitleryugent və hücum dəstələri talanlara noyabrın 9-u gecə axşamı və 10-da sübh tezdən başladı. Ancaq bir diplomatın ölümünə səbəb olduğu ehtimal edilən kortəbii çaxnaşmadan əvvəl SD mütəşəkkil olaraq "xalq tərəfindən özbaşına məhv edilməsi" planlaşdırılan bütün yəhudi təşkilatlarının və sinaqoqlarının bütün arxivlərini çıxartdı və arxivlərin çıxarılmadığı sinaqoqlar talanlardan kənar qaldı. Şübhəsiz ki, "kortəbii" talanlar zamanı SD-nin təlimatlarına əsasən, yəhudi xaricilər də daxil olmaqla bir nəfər də olsun xarici vətəndaş xəsarət almadı. Polis yerli həbsxanaların yerləşə biləcəyi qədər yəhudini həbs etdi. Əsasən də gənc cüsəlli kişilər saxlanılırdı. Noyabrın 9-dan 10-na keçən gecə Nasist hakimiyyətinin dəstəyi ilə Almaniyanın onlarla şəhərində (Avstriya və Sudet əyaləti ərazisi daxil olmaqla) yəhudi talanları təşkil edildi. Noyabrın 8-də axşam saatlarında ilk talan sinaqoqun yandırıldığı Bad-Hersfelddə baş verdi. Sonra, eyni gündə Vitsenhauzen, Eşveqe, Fritzlarda yəhudi dükanları məhv edildi. Berlində mülki geyimli iğtişaşçılar 12 sinaqoqdan 9-u yandırdı, yanğınsöndürənlər qeyd edildiyi kimi, yanğınların söndürülməsində iştirak etmədilər. Vyanada 42 sinaqoq, Frankfurtda — 3, Münhendə, Visbaden, Düsseldorf, Karlsruye daxil — hər birində 2, Speyer, Regensburq, Trir, Auqsburq, Aaxen, Bremen, Baden-Baden, Vorms, Köln, Leypsiq, Dortmund, Köniqsberq, Hannover, Pforshaym, Kayzerslauterndə bir sinaqoq zərər gördü.
Qurbanlar Hücumlarda ən az 91 yəhudi öldürüldü. Qətlə yetirilənlərin üçdə biri Nürnberq şəhərinin payına düşürdü, 8 nəfər isə Halledə öldürülmüşdü. 30 min nəfər yəhudi isə həbs olunaraq konsentrasiya düşərgələrinə göndərildi. Bu rəqəmlər BBC agentliyinin məlumatlarına uyğundur, Azadlıq Radiosu 400 nəfərin öldürüldüyünü, bəzi yəhudi xəbər agentlikləri (Jewish News One) isə 2,5 min nəfərin öldürüldüyünü bildirir.