Kabal () – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Haqqında "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir. Sonuncu döyüşündə Kabal Mavadou məğlub edərək onu öldürür.
Xarici keçidlər Kabal Mortalkombat.wikia.com
Kateqoriya:Videooyun personajları Kateqoriya:Mortal Kombat personajları Kateqoriya:Videooyun antaqonistləri Kateqoriya:Videooyun antaqonistləri Kateqoriya:Qeyri-insani sürətlə hərəkət edə bilən personajlar Kateqoriya:Uydurma qılınc ustaları