Hidrosefaliya ( "su" + "baş") ― baş beyinin maye ilə dolu boşluq və mədəciklərinə onurğa beyin mayesinin normadan artıq toplanması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik.
Xəstəlik tarixi Hidrosefaliya xəstəliyi haqqında ilkin məlumatlar eradan əvvəl 2500-cü ildən eramızın 500-cü ilinə qədər olan dövrdə verilmişdir. Hidrosefaliya diaqnozu ilk dəfə Hippokrat tərəfindən qoyulmuşdur. II əsrdə yaşamış Roma alimi Qalen hidrosefaliya xəstəliyi haqqında ilk dəfə ətraflı məlumat vermişdir. Tanınmış Ərəb alimi Əbu əl Qasım əl Zəhravi tərəfindən X əsrdə yazılmış Əl-Təsarif əsərində hidrosefaliya xəstəliyinə tutulmuş, uşaqların müalicə üsullarını yazmışdır. Əl-Zəhravi xəstəliyin yaranma səbəbi kimi uşağın beynində yaranan təzyiqi göstərmişdir. Kitabda bu barədə olan bölmündə deyilir:
XX əsrə qədər xəstəlik barədə insanların məlumatı az idi. Həmin dövrdə insanlar beyin haqqında ətraflı məlumata malik deyildilər və bu səbəbdən hidrosefaliyalı xəstələrin müalicəsi də mümkün deyildi. Bu gün də hidrosefaliya xəstəliyinin tam müalicəsi tapılmamışdır. Erkən yaşlarda müxadilə etməklə başlanan müalicə nəticəsində xəstəliyin genişlənməsinin qarşısı alınır.
İstinadlar
Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Nevrologiya Kateqoriya:Beyin xəstəlikləri Kateqoriya:Pediatriya