Mortal Kombat 3 (MK3) - "Midway Games" oyun şirkəti tərəfindən 1995-ci ildə yaradılan, döyüş oyunudur. Videooyun resenziya saytlarında müsbət mövqe qazanmışdır."Mortal Kombat 3 Review". Electronic Gaming Monthly (78) (EGM Media, LLC). January 1996. p. 39.
Məzmun
Əvvəlki seriyada "Ölümcül döyüş" turnirində Liu Kenqə məğlub olmuş Şao Kann yeni planını hazırlayır. Şao Kann cavan yaşında gözənilmədən vəfat edən kraliça Sindeli həyata qaytarmaq niyyətinə düşür. Şao Kann Sindeli Yerdən kənar həyatda (Outworld) yox, Yer dünyasında (Earthrealm) diriltməlidir. Çünku bu zaman Şao Kann dünyalar arasında sərhədləri keçə bilər. Bu səbəbdən Şao Kann planını uğurla həyata keçir və Yer dünyası tədricən Yerdən kənar həyatın tərkibinə keçir. Bu zaman Yer dünyasında yaşayan bir çox döyüşçülərin ruhları Şao Kanna keçir. Həyatda qalan döyüşçüləri isə Rayden xilas edir. Rayden onun qarşısını almaq üçün döyüşçülərlə birləşərək, turnirə qatılır. Sonda "Ölümcül döyüş" turnirində Yer dünyasının döyüşçüləri qələbə qazanır və Şao Kann tərəfindən məhbus olmuş döyüşçülərin ruhları həyata geri dönür.
İstinadlar
Kateqoriya:1995-ci ilin videooyunları Kateqoriya:Sega oyunları Kateqoriya:Mortal Kombat Kateqoriya:1992-ci ilin videooyunları Kateqoriya:Qarşı-qarşıya faytinq oyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:DOS videooyunları Kateqoriya:PlayStation (konsol) videooyunları Kateqoriya:Master System video oyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:Sony Interactive Entertainment oyunları Kateqoriya:Windows videooyunları