Prince of Persia: Warrior Within () — Kanadanın Ubisoft Montreal oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur. Oyunun rəsmi adı "Fars Şahzadəsi: Tale ilə mübarizə" kimi səslənir.Prince of Persia: Warrior Within Princeofpersia.wikia.ru saytında, Yoxlanılıb: 1 noyabr 2014 "Prince of Persia: Warrior Within" videooyunu "Prince of Persia" oyununun "Sands of Time" seriyasının davamıdır. Videooyun Ubisoft firması tərəfindən 2004-cü ilin 1 dekabr ayında satışa çıxarılmışdır."Prince of Persia: Warrior Within" Resenziya Ag.ru saytında, Yoxlanılıb: 28 iyul 2015
Oyun Prince of Persia: The Sands of Time seriyasının qaldığı yerdən davam edir. Videooyunda Şahzadə artıq eyni anda iki silah daşıya bilir, düşmənlərindən silahlarını oğurlamağı bacarır və onları ata bilir. "Warrior Within" seriyası əvvəlki oyunlarına görə daha qaranlıq bir atmosferə sahib olmaqla oyunçuya, düşmənini daha şiddət ehtiva edən yeni hərəkətlərlə yox etmə imkanını yaradır. Bu kimi səbəblər üzündən oyun PEGI-dən 16+, ESRB-dən isə "Mature" (17+) təsnif etməni götürmüşdür. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada istehsal edilən oyunda qan səhnələri yoxdur. "Prince of Persia" davam edən müvəffəqiyyətiylə, "Sands of Time" və "Warrior Within" seriyalarının ssenarisinə bağlı olan davam oyunu hazırlanmışdır. Prince of Persia: The Two Thrones noyabr ayında 2005-ci ildə satışa çıxarılmışdır. 6 dekabr 2005-ci ildə "Pipeworks" firması oyunu "Sony PlayStation Portable" (PSP) platforması üçün kiçik yeniliklərlə "Prince of Persia: Revelations" () adıyla dəyişdirilərək satışa çıxarılmışdır. "Revelations" orijinal oyunda olmayan üç yeni hissə ehtiva etməkdədir.Prince of Persia: Revelations Gry-online.pl saytında, Yoxlanılıb: 1 noyabr 2014
Hekayə
Prince of Persia: The Sands of Time hadisələrindən yeddi il sonra Şahzadə () özünü zamanın gözətçisi Dahaka tərəfindən axtarılarkən tapır. Şahzadə zamanı geri çevirib yaşanmış hadisələri heç baş verməmiş hadisələr olmasını təmin etmək və bir baxışa bunu reallaşdırmasından ötəri Dahaka onu öldürməyə və zamandakı nizamı təkrar təmin etməyə çalışmaqdadır. Yaşlı bir müdrikdən nəsihət götürməyə gedən Şahzadə "Zamanın İmperatriçası" () tərəfindən idarə olunan "Zaman Adası" () adlı adanın olduğunu öyrənər. Bu adada əvvəllər "Zamanın İmperatriçası" tərəfindən yaradılmış "Zamanın qumları" () vardır. Lakin sonralar həmin qum Maxaraca tərəfindən oğurlanmışdır. Şahzadə qumlar yaradılmamış olsa; həm Maxaraca onları əsla tapa bilməyəcəyini, həm də Dahakanın onu ovlaması üçün heç bir səbəbi olmayacağını düşünər.
Gəmi ilə irəliləyərkən Şahzadənin qarşısına böyük bir maneə çıxar. Şahdi () adında qara paltarlı və sirrli bir qadının əmrindəki əsgərlər Şahzadənin gəmisinə hücum edər və bütün tayfasını qılıncdan keçirər. Şahzadə Şahdi ilə döyüşür, lakin Şahdi onu gəmidən atmağı bacarar. Şahzadənin gəmisinin batmasına baxmayaraq özü xilas olür və ada istiqamətində üzməyə başlayır. Adada irəliləyərkən çoxlu tələlərlə qarşılaşır və bunları dəf etməyi bacarır. Şahzadə yoluna davam edən zaman Şahdinin qırmızı paltarlı qadın Kaylina ilə döyüşdüyünü görür. Şahdi artıq Kaylinanı öldürmək üzrədir. Şahzadə yenidən Şahdi ilə döyüşür və onu öldürərək Kaylinanı xilas edir. Amma Şahdi ölən zaman Şahzadəyə həyatını dəyişdirə bilməyəcəyini deyərək yox olur.
Şahzadə Kaylinanın "Zamanın İmperatriçası" olduğunu bilmir. Bu səbəbdən Kaylinaya "Zamanın İmperatriçası" ilə görüşmək istədiyini söyləyir. Kaylina ona "Zamanın İmperatriçası"nın saxlandığı gizli taxt otağınının yolunu tapa bilməsi üçün adadakı iki qülləni "Su Qülləsi" () və "Mexaniki Qüllə" () qüllələrini aktiv hala gətirməsinin lazım olduğunu söyləyər. Kaylina Şahzadəyə "İlan Qılıncı"nı () verir. Bu qılınc qüllələrə gedən körpüləri aktiv hala gətirəcəkdir. Kaylina Şahzadəyə daha sonra "Aslan Qılıncı"nı () verir. Şahzadə körpülərdə olan zaman sirrli və qaranlıq görünüşlü qəribə bir varlıq görür. Taxt otağına çatmadan qısa bir müddət əvvəl Dahaka gəlir və Şahzadəyə hücum edər. Dahaka onu öldürmək istəyən zaman Şahzadənin körppüdə gördüyü gördüyü qaranlıq varlıq Şahzadənin qabağına keçər və Dahaka Şahzadənin yerinə onu öldürmüş olur. Dahaka Şahzadəyə hücum etmədən geri dönür. Ardından Şahzadə taxt otağına getməyi bacarar və Kaylinanın əslində "Zamanın İmperatriçası" olduğunu öyrənir. Əslində, Kaylina Şahdini Şahzadəni öldürməsi üçün vəzifələndirmişdir. Amma Şahdi Şahzadəni öldürə bilmədiyindən Kaylina ona qəzəblənmişdi. Şahdi Kaylinanın boş yerə həyatını dəyişdirmək arzusunun həyata keçməsinin mümkünsüz olduğunu görərək onunla döyüşməyə başlamışdır. Kaylina Şahzadə tərəfindən qurtarıldıqdan sonra Şahzadəni qüllələrdə ölümcül vəzifələrə göndərmiş və hətta ona lənətli qılınclar vermişdir. Lakin Şahzadə üzərinə düşdüyü vəzifələri uğurla yerinə yetirir və bu sınaqlardan sağ çıxaraq geri qayıdır.
Bu qarşılaşma əsnasında Kaylinanı hərəkətə keçirən əsl səbəblər də ortaya çıxar. Kaylina da Şahzadə kimi həyatını dəyişdirməyə çalışmaqdadır. Çünki öz qədərini zaman xəttində görmüş və günün birində uzaq diyarlardan gələn bir Şahzadə tərəfindən öldürüləcəyini öyrənmişdir. Buna görə onu maraqlandıran yeganə şey Şahzadədən qurtulmaqdır. Şahzadə istəksizcə Kaylinayla döyüşür və onu öldürür. Qədərini dəyişdirdiyini zənn edərək qüllədən çıxmağı istəyir. Lakin bu zaman Dahaka ona yenidən hücum edir. Şahzadə Kaylinanı keçmişdə öldürməsiylə "Zamanın Qumu"nu onun bədənindən dünyaya saçıldığını və əslində öz zamanındakı şərtlərin meydana gəlməsini təmin edən halları əliylə tikdiyini fərq edər. Maneə törətməyə çalışdığı şeyə səbəb olduğunu anlayaraq ümidini itirər; amma Dahakadan qaçışı əsnasında özünü köhnə bir qəbiristanlıqda tapar və uzun müddətdən sonra "Ruhun Maskası"nı () ələ keçərir. Şahzadə bu maskanı sifətinə taxdığı zaman "Qum Ruhu"na () çevrilər ki, bu da oyunun əvvəlindən bəri rast gəldiyi və Şahzadəyə mane olmağa çalışan qara paltarlı varlıqdır.
Şahzadə başa düşür ki, digər şahzadənin ölməsi lazımlıdır, çünki həmin Şahzadə Kaylinanı keçmişdə öldürmək istəməkdə və edəcəklərinin hara çatacağını bilməməkdədir. Əgər "Qum Ruhu" bunu dayandırmasaydı, yenə eyni şeylər yaşanacaqdı. Digər Şahzadə öldüyündən ehtiyat vəziyyətdəki "Qum Ruhu" maskası yox olur və tam da taxt otağı girmədən əvvəlki ana geri dönmüş olar. Şahzadə Kaylinanı keçmişdə deyil, indiki zamanda öldürsə, həm qumların yaradılışını maneə törətmiş olar, həm də qədərini dəyişdirmiş olacağını düşünər. Şahzadə qadınla təkrar qarşılaşdığında onu bir zaman keçidinə, oradan da indiki zamana gətirər. Oyunun sonu oyunçuya bağlıdır.Prince of Persia: Warrior Within Guides.ign.com saytında, Yoxlanılıb: 28 iyul 2015 Əgər oyunçu oyun içindəki bütün "Həyat Yüksəldicisi" () yığıb ən güclü silah olan əfsanəvi "Su qılıncı"nı () götürdüsə, fərqli bir son ilə qarşılaşacaqdır. Əgər oyunçu "Su qılıncı" götürmürsə, onda oyun yaxşı sonluqla bitməyəcəkdir. Həmin sonluqlar aşağıdakı kimi izah olunur:
Şahzadə "Su qılıncı"nı götürmür (alternativ sonluq): Şahzadə Kaylinanı razı sala bilmir və onunla təkrar döyüşüb onu öldürər. Döyüşdən sonra Dahaka gəlir, amma Şahzadəni görmür və Kaylinanın bədənini götürür, çünki artıq qadın əvvəlki zaman aid deyil və yox edilməsi lazımdır. Sonra Dahaka Şahzadəyə doğru irəliləyər və onun yalnız Amuletini götürür. Qədərini dəyişdirmiş olan Şahzadə Babilə doğru yelkən açır, amma Babil döyüş halındadır. Bu zaman insan fiqurasında olan sirli bir kölgə bədheybəti deyir: "Sənin nəyin ki var, qanunla mənə məxsusdur… və mənim də olacaq (). Daha sonra Yaşlı adam səsi eşidilir: "Sizin səfəriniz yaxşı qurtarmayacaq. Siz taleyinizi dəyişə bilmirsiniz. Heç bir şəxs bacarmaz" (). Oyunun sonluğu Prince of Persia: The Two Thrones seriyasına girişi ilə bitir.
Şahzadə "Su qılıncı"nı götürür (gerçək sonluq): Şahzadə Kaylinaya hadisələrin bu şəkildə sona çatmasının lazım olmadığını başa salır. Şahzadə ona taleyini dəyişdirdiyini deyir və onunla vuruşmacağını söyləyir. Bu zaman Dahaka gəlir və Kaylinaya doğru irəliləyir. Çünki artıq Kaylina bu zamana aid deyil və yox edilməsi lazımdır. Lakin Şahzadə Dahakanın "Su qılıncı"na qarşı dayanıqsız olduğunu başa düşür və döyüşərək onu məğlub edir. Beləliklə, həm Şahzadə, həm də Kaylina qədərlərini dəyişdirmiş olaraq, birlikdə Babilə doğru yelkən açarlar. Onlar məhəbbət əlaqəsi yaşayırlar. Babil döyüş halındadır. Bu zaman insan fiqurasında olan sirli bir kölgə bədheybəti deyir: "Sənin nəyin ki var, qanunla mənə məxsusdur… və mənim də olacaq (). Daha sonra Yaşlı adam səsi eşidilir: "Sizin səfəriniz yaxşı qurtarmayacaq. Siz taleyinizi dəyişə bilmirsiniz. Heç bir şəxs bacarmaz" (). Oyunun sonluğu Prince of Persia: The Two Thrones seriyasına girişi ilə bitir.
Personajlar
Şahzadə (): Taleyini dəyişmək üçün Vavilondan Zaman adasına gəlmişdir. Şahzadə çox ağıllır, hər iki əli ilə qılınc oynada bilir və müxtəlif akrobatik hərəkətlər etməyi bacarır. İşini bitirdikdən sonra Vavilona dönməyə hazırlaşacaqdır. Personajı Robin Atkin Dauns səsləndirir. Şahzadə personajı ən populyar oyun personajlarından biridir. Kaylina (): Zaman adasının imperatriçasıdır. Kaylina Şahzadə kimi taleyini dəyişdirmək istəyir. İmperatriça əvvəlcədən taleyini görərək Şahzadənin onu öldürəcəyini başa düşür. Bu səbəbdən Kaylina taleyini dəyişdirmək məcburiyyətindədir. Kaylinanın görünüşü aktrisa və model Monika Belluççini xatırladır.A Prince of Persia: Warrior Within szinkronszínészei és készítői Imdb.com saytında, Yoxlanılıb: 28 iyul 2015 Bu personaj oyunlarda ən cazibədar qadın personajlarından biridir.The dark and mysterious Kaileena of the Prince of Persia’s series. — Picture Story — Tom’s Hardware Tomshardware.com saytında, Yoxlanılıb: 28 iyul 2015Farrah, the fellow adventurer and love interest of the Prince of Persia. — Picture Story — Tom’s Hardware Tomshardware.com saytında, Yoxlanılıb: 28 iyul 2015PCGH history: The most important female characters in games (112 women inside!) — 2008/01/2004_Kaileena.jpg — PC Games Hardware Pcgameshardware.com saytında, Yoxlanılıb: 28 iyul 2015Videooyunların ən cazibədar 50 qadın personajı Gamer.ru saytında, Yoxlanılıb: 28 iyul 2015 Dahaka (): Zaman axınının bədheybətidir. Onun məqsədi zaman axınını pozmuş Şahzadəni öldürməkdir. Dahaka qılıncla vuruşmur. Onun silahı yalnız bədənində olan qırmaqlardır. Dahakanı sadəliklə öldürmək mümkün deyil.Ən çətin Boss personajları Playground.ru saytında, Yoxlanılıb: 28 iyul 2015 Dahaka suya həssasdır. Bu səbəbdən onu öldürmək üçün Şahzadə "Su qılıncı"ndan istifadə etməlidir. Şahzadə "Su qılıncı"nı tapanadək ondan qaçmalıdır. Şahdi (): Kaylinanın xidmətçisidir. Onun məqsədi Şahzadəni öldürməkdir. Hər iki əli ilə qılınc oynada bilir. Birinci döyüşdə Şahzadəni gəmidən atmağı bacarır. Amma ikinci döyüşdə Şahzadə ilə vuruşaraq məğlub olur və ölür. Bu zaman Şahdi ayılaraq Şahzadə və Kaylina tərəfə baxaraq deyir: Axmaq. Sən taleyini dəyişə bilməzsən! () Bu cümləsindən sonra Şahdi yox olur. Şahzadə bu cümləni uzun müddət yadda saxlayır. Bir müddətdən sonra Şahzadə başa düşür ki, Şahdinin ifadəsi, taleyini dəyişmək istəyən Kaylinaya aiddir. Qum ruhu (): Şahzadə Qum ruhunun maskasını taxaraq "Qum ruhu"na çevrilir. "Qum ruhu" ölən zaman yenidən ölməmişdən əvvəlki zamana dönə bilir. Amma bu müddətdə onun gücü azalmağa doğru gedir və və sonda çox az güc qalır. Gücü artırmaq üçün Şahzadənin əvvəlki kimi istifadə etdiyi "Su içmək" vasitəsindən istifadə etmək lazımdır.
Saundtrek "Prince of Persia: Warrior Within" videooyununun saundtrek müəllifi çoxlu sayda videooyunlar bəstəkarı olan İngilis əsilli Kanada vətəndaşı Stüart Çetvuddur (). Stüart Çetvud Prince of Persia: The Sands of Time (2003), Prince of Persia: The Two Thrones (2005), Battles of Prince of Persia (2005), Prince of Persia (2008) və Prince of Persia: The Fallen King seriyalarının saundtreklərinə bəstəkarlıq etmişdir. Demək olar ki, bu saundtreklərdə qərb stili yoxdur. Ağır Rok (Hard Rock) və Metal musiqi janrlarında ifa edən "Godsmack" qrupunun 2002-ci ildə çıxardığı "I Stand Alone" mahnısı videooyunun treylerində səslənmişdir.
Geympley