Oktyabrın şəfəqləndirdiyi yol — rejissor Cavanşir Məmmədovun Azərbaycan Kommunist Partiyasının XXIX qurultayının yekunları haqqında çəkdiyi sənədli film.
Məzmun Filmdə Azərbaycanın bu günü, onun qayğı və sevincləri, əmək adamlarının bayramları, kənd təsərrüfatı və sənaye sahəsində çalışan əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin xeyirxah və fədakar işləri geniş şəkildə göstərilmişdir.
Azərbaycanın görkəmli adamları-akademik Həsən Abdullayev, məşhur neftçi-alim Fərman Salmanov, tanınmış pambıqçı Sürəyya Kərimova, neftçi İsrafil Hüseynov və başqaları filmin qəhrəmanlarıdır.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Cavanşir Məmmədov Ssenari müəllifi: Əşrəf Hacıyev Operator: Fəraməz Məmmədov, Elxan Əliyev Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Şamil Kərimov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər