Kuin Latifa () — ABŞ müğənnisi və aktrisası.

Həyatı Dana Eleyn Ouens 18 mart 1970-ci ildə Nyu Cersi ştatının Nyuark şəhərində müəllim və polis ailəsində doğulmuşdur. 8 yaşında ikən "yumşaq", "incə" mənalarına gələn "Latifa" () ləqəbini götürmüşdür. Kuin Latifanın 10 yaşı tamam olan zaman onun valideynləri ayrılmışdır. 1988-ci ildə Latifa musiqi karyerasına başlamış və 1989-cu ildə ilk "Salamlayıram Kraliça" () adlı albomunu çıxarmışdır. 1995-ci ildə çıxardığı "Qara hakimiyyət" () albomuna daxil olan "U. N. I. T. Y." mahnısına görə Qremmi mükafatına layiq görülmüşdür. Kuin Latifa 1992-ci ildə qardaşına motosiklet bağışlamış və məhz bu motosikletdə qardaşı qəzaya düşərək vəfat etmişdir. Bu hadisədən sonra Latifa narkotik maddələrə meyil göstərmiş və qanunsuz silah satışı ilə məşğul olmağa başlamışdır. Bir müddət sonra o bu vərdişlərinə son qoymuşdur. Kuin Latifa bir çox filmlərdə iştirak etmiş və qısametrajlı cizgi filmlərində personajları səsləndirmişdir.

Albomlar İl Filmlər1989 All Hail the Queen1991 Nature of a Sista1994 Black Reign1998 Order in the court2002 She's a Queen2004 Dana Owens Album2007 Trav'lin' Light2009 Persona

Filmoqrafiya İl Filmlər1991 Tropik malyariya1999 Sümük toplayıcısı1999–2001 Kuin Latifanın şousu2002 Çikaqo2003 Çox qorxulu kino 32004 Piknik2005 Gözəllik salonu2006 Sonuncu tətil2006 Buz dövrü 2: Qlobal istiləşmə2006 Misli görülməmiş2008 Bir dəfə Veqasda2009 Buz dövrü 3: Dinozavrların erası2012 Buz dövrü 4: Kontinental dreyf

İstinadlar

Xarici keçidlər

Rəsmi sayt

Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Qadın pianoçular Kateqoriya:Kennedi Mərkəzinin Fəxri Mükafatı laureatları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Interscope Records artistləri Kateqoriya:ABŞ ritm-end-blyuz musiqiçiləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Şərq Sahili hip-hop musiqiçiləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ qadınları Kateqoriya:XXI əsr ABŞ repçiləri Kateqoriya:XX əsr ABŞ repçiləri Kateqoriya:ABŞ cazmenləri