Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı.
Tarixi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi.
Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi.
1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.
Sədrlər +SədrBaşlama tarixiBitmə tarixiAdıYaşadığı illərMuxtar Hacıyev1876–193819 may 19216 may 1922Səməd ağa Ağamalıoğlu1867–19306 may 192218 sentyabr 1929Sultanməcid Əfəndiyev ()1887–193818 sentyabr 192914 mart 1930Qəzənfər Musabəyov1888–193814 mart 193013 dekabr 1931Sultanməcid Əfəndiyev1887–193813 dekabr 193110 iyun 1937Mir Bəşir Qasımov () |1879–1949 |10 iyun 1937|18 iyul 1938''
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Kateqoriya:1921-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1938-ci ildə ləğv olunanlar