Ölüm gəmisi () — Elvin Rakoff tərəfindən 1980-cı ildə çəkilən filmdir. Filmin premyerası ABŞ, Kanada, Avstraliya, Fransa və Yaponiya ölkələrinin teatr səhnələrində 1980-cı ildə, Türkiyədə isə 1982-ci ildə verilmişdir.Haftanın Filmleri Tiyatroları, Milliyet gazetesi, 22 Mart 1982, s. 10. Filmin büdcəsi qiymətləndirməylə $4,500,000 Kanada dollarıdır. Bu isə təxminən $4.121.550 ABŞ dollarına bərabərdir.
Məzmun İkinci dünya müharibəsinin sonu. Səyahət gəmisi başqa gəmi ilə toqquşduqdan sonra suya qərq olur. Dənizçi olan Trevor Marşall, ailəsi və Kapitan Aşland gəmidən xilas olub, hərəkət halındakı başqa gəmiyə sığınırlar. Həmin gəmidə birdənədə olsun adam tapmırlar. Gəmidəki bütün mexanizmlər öz-özünə işləyir. Lakin Bu gəmiyə sığınanlar qısa müddətdə təhlükənin sona çatmadığını başa düşürlər. Bu gəmi daha əvvəl Üçüncü Reyxin Dəniz Qüvvələri olan Kriqsmarinə xidmət etmiş işgəncə gəmisi və toplama düşərgəsidir. Gəminin içində qarabasmalar var və gəmi qurban axtararkən səyahət gəmisinə qəsdlə toqquşmuşdur...
Rollarda Ad Rol Corc Kennedi Trevor Marşall Riçard Krenna Kapitan AşlandNik Mankuso NikSelli Ann Haues Marqaret MarşallKeyt Reyd SilviyaViktoriya Börqoyn Lori
İstinadlar
Xarici keçidlər
Ölüm gəmisi All Movie Guide saytında Ölüm gəmisi Allcinema.net saytında Yaponca Ölüm gəmisi Kinejun.jp Yapon saytında
Kateqoriya:1980-ci ilin qorxu filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:ABŞ-nin kabus filmləri Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:Böyük Britaniyanın fantastika filmləri