Oxçoğlu (, Voxçi) — hazırda Ermənistanın Şirak mərzində (Şörəyel mahalı) kənd.
Tarixi Oxçuoğlu - Rusiya imperiyasının Qars vilayətinin Qars qəzasında, Sovet dövründə Ermənistan SSR-in Amasiya rayonunda, 1995-ci ildən indiyədək isə Ermənistanın Şirak mərzində kənd. Qərbi Arpaçayın sağ sahilində, Şirak mərzinin mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 197 Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20. Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.
Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20-21, 104-105. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər, 1970-ci ildə 1412 nəfər, 1987-ci ildə 1670 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995, s.381 azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.
Toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (XII boy) adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşan oxçuoğlu etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Voxçi qoyulmuşdur.
Toponimləri Napzar, Qoluqısa, Dostabaxan, Qaraçayır, Dəyirmanüstü, I Keş dərəsi, II Keş dərəsi, Qaraqoyunlu bulağı, Zaza.
Ordu yeri, Ocaqqulu tapı, Güllübulaq dərəsi, Bacoğlu dərəsi, Şoraxlar, Xamlar, Aran dərəsi, İncə dərə, Dəvəölən, Alaxançaloğlu yeri, Bostanüstü, Qoca Əhmədin yeri, Qula dərəsi, Qulaüstü, Qərəmməd dərəsi, Ağbulaq, Quyulu Qaya, Çamırrı. Şəhərin qaşı, Qımılı yolu, Dələver yolu.
Əhalisi Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20.
Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir.
Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914 - cü ildə 980 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20-21, 104-105. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər, 1970-ci ildə 1412 nəfər, 1987-ci ildə 1670 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.381 azərbaycanlı yaşamışdır. 1989 - cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. İndi ermənilər yaşayır.
Görkəmli şəxsiyyətləri Məmmədtağı Cəfərov - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor. Mahmud Hüseyin oğlu Səfərov - Azərbaycan Milli Elmlər Akademiyası, texniki elmlər namizədi. Nəcəf Həsən oğlu Nəcəfov - Azərbaycan Respublikasının pedaqoq-alimi, əməkdar müəllim, Filologiya üzrə fəlsəfə doktoru, dosent. Elxan Əliyar oğlu Cəfərov Azərbaycan həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru. Mənbə 1. İbrahim Bayramov. Qərbi Azrbaycanın türk mənşəli toponimləri. Bakı: Elm, 2002. 2. Д.Д.Ратрев. Алфавитный указатель к пятиворотной карт Кафказскогого края. Тифлис. Типография К.Козловою 1913. 3. Z.Qorqodyan.1801-1931-ci illərdə Sovet Ermənistanının əhalisi. İrəvan. “Melkonyan fond”, 1932. 4. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik, 1995. 5. Vəlili (Baharlı). Azərbaycan coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat. Bakı. Azərnəşr, 1993. 6. ASE III .Bakı,1979. 7. Elxan Cəfərov, "Oxçoğlu deyilən Gümrüyə yaxın", Bakı: 2012.
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri