Rakel del Rozario Masias (3 noyabr 1982, Teror, Qran Kanariya, Las Palmas) — ispanıyalı müğənni, "Morfeyin yuxusu" () qrupunun solisti.
Həyatı Rakel ailədə 6 uşaqdan 2-cisidi. O, 14 yaşından mahnılar yazmağa başlayıb. 17 yaşında kelt musiqi qrupunu rəhbərlik edən Asturias`dan David Feito`ya rast gəlir.
2000-ci ildə Rakel doğma Gran Kanariyanı Asturias üçün tərk edir və Xemà qrupuna qoşulur,nəhayət onlar ilk albomlarını çıxardırlar. Tezliklə David və Rakel Juan Luis Suárez`ə rast gəlirlər, və onlar El Sueño de Morfeo qrupunu yaradırlar. Rakel del Rosario ispan vokalistidir, David və Juan`nin köməyi ilə özlərinin bir çox mahnılarinı yazır və tərtib edir.
Şəxsi həyatı 17 noyabr 2006-ci ildə Formula 1 pilotu Fernando Alonso ilə evlənir. Onlar İsveçrənin Mont-sur-Rolle şəhərinə köçmədən öncə İngiltərənin Oksford şəhərində yaşamışdırlar. 2010-cu ildə Fernandonun yeni komandasına - Ferrariyə - yaxın olmaq üçün İsveçrənin Luqano şəhərinə köçürlər. 20 dekabr 2011-ci ildə onlar mətbuata boşanmalarını elan etdilər..
İstinadlar
Kateqoriya:İspaniya müğənniləri