Məzahir Rəfiyev () — Tərtərin ilk icra başçısı, Azərbaycan Parlamentinin deputatı (1990–1995).

Həyatı Məzahir Adil oğlu Rəfiyev 1937-ci ildə Tərtər rayonunun Kolanı kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Uzun illər partiya-sovet orqanlarında çalışıb.

Məzahir Rəfiyev Mirbəşir (Tərtər) Rayon Xalq Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb.

Məzahir Rəfiyev daha sonra Tərtər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilib.

Məzahir Rəfiyev Tərtərin ilk icra başçısı olub. O, bu vəzifədə 23 may 1992-ci ilə qədər çalışıb.

1990–1995-ci illərdə Məzahir Rəfiyev Azərbaycan parlamentinin deputatı kimi fəaliyyət göstərib.

Məzahir Rəfiyev 2012-ci ildə vəfat edib.

Ədəbiyyat "Məzahir Rəfiyev vəfat edib", Bütöv Azərbaycan qəzeti, № 14(146), 25–30 aprel 2012-ci il.

İstinadlar

Kateqoriya:Tərtər Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin ikinci katibləri Kateqoriya:Kolxoz sədrləri