Məzmun Günlərin birində balaca oğlan çərpələng uçurarkən onun çərpələngi gözlənilmədən yerə düşür. Sən demə, qanadı sınmış bir kəpənək həmin çərpələngin üstünə qonubmuş. Kəpənək dil açıb oğlana deyir ki, mənim qanadımı yalnız sehrli gülün ləçəyi sağalda bilər. Oğlan həmin gülün ləçəyini tapıb kəpənəyin qanadını sağaldana kimi başına çoxlu əhvalatlar gəlir.
Bu alleqorik nağılda insanla təbiətin qarşılıqlı əlaqəsindən, insanın ətrafındakılara qarşı diqqətli olmasından, xeyirxah əməllərindən bəhs edilir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rəssam: Tahir Piriyev Operator: Ramiz Ağayev Bəstəkar: Azər Dadaşov Səs operatoru: Akif Nuriyev
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri