Puldəşt (və ya Ərəblər) () — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindəndir və Puldəşt şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,584 nəfər və 2,205 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.Official website of Governor of Poldasht county :شهرستان پلدشت

Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırkı rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.

Puldəşt şəhərinin yerləşdiyi Puldəşt şəhristanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.

İstinadlar

Kateqoriya:Qərbi Azərbaycan ostanının şəhərləri