Kitabi Dədə Qorqud. Səkrəyin dastanı — Arif Məhərrəmovun filmi.

Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib.

Məzmun Bu film "Dədə Qorqud" eposunun boylarından birini ekranda əks etdirir. Burada Əkrək və Səkrək adlı iki qardaşın başına gələn sərgüzəştlərdən danışılır. Kino əsəri tamaşaçıları birliyə, dostluğa səsləyir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssamlar: Arif Məhərrəmov, Yelena Qolubeva Bəstəkar: Arif Məlikov Kinooperator: Antonina Korotnitskaya Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamları: Vaqif Məmmədov, Firəngiz Quliyeva, Bəhmən Əliyev, Aleksandra Şirinova, Solmaz Hüseynova Rəssamlar: Lalə Məmmədova, Tamilla Əsgərova, P.Axundov, Hüseyn Cavid İsmayılov (Hüseyncavid İsmayılov kimi), Əli Əliyev Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Arifə Hatəmi Operator assistenti: Səidə Rəhimova Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Seyid Əhmədov (S.Əhmədov kimi)

Filmi səsləndirənlər Həsən Məmmədov — Dədə Qorqud; Uşun qoca (titrlərdə yoxdur) Pərviz Bağırov — Səkrək (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səkrəyin anası (titrlərdə yoxdur) Kazım Abdullayev — Hökmdar (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Əkrək (titrlərdə yoxdur)

Həmçinin bax

Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:1990-cı ilin cizgi filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Dədə Qorqud haqqında filmlər Kateqoriya:Azərbaycan cizgi filmləri