Səreyn şəhristanı - Ərdəbil ostanının (vilayətinin) şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Səreyn (Sarıqaya) şəhəridir.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfər və 3,937 ailədən ibarət idi.

Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir, mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.

Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.

Səreyn şəhristanının inzibati bölgüsü Mərkəzi bəxşi İnzibati mərkəzi: Səreyn (Sarıqaya) Dehistanları yoxdur KƏNDLƏRİ: Əldəşin, Alvars, Ağqala, Əsb-i Mərz / Əsbmərz / Əsənməz, Bilədaraq, Gazir, Kəlxoran-i Viyənd, Kənzək, Kürdədeh, Latəran, Ücur, Şayiq, Vərgəsəran, Vərniyab, Viyand-i Kəlxoran Savalan bəxşi Şəhərləri yoxdur Dehistanları yoxdur KƏNDLƏRİ: Alça-i Savalan, Əndərab, Ərdimusa / Ərd-i Musa / Erdimisti, Ərcistan, Atəşgah, Binmar-i Savalan, Dərabad / Dərəvar, Külür, Səin, Samanlı-i Büzürg (böyük), Şəmsabad, Təzəkənd-i Savalan

İstinadlar

Kateqoriya:Ərdəbil ostanının şəhristanları