Elşad Mustafa oğlu Nəsirov () — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti.

Həyatı Elşad Mustafa oğlu Nəsirov 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981–1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982–1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985–1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.

1989–1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992–1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003–2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Rus, ingilis, fars, hind dillərini bilir.

İstinadlar

Mənbə ELŞAD NƏSİROV

Xarici keçidlər

Kateqoriya:SOCAR-ın vitse-prezidentləri Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları