Mumiya () — 1932-ci ildə Karl Froynd tərəfindən çəkilən ABŞ filmi. Filmdə yenidən həyata qayıdan misir rahibi "İmhotep" rolunu məşhur ingilis əsilliBoris Karloffun həyatı "Encyclopædia Britannica". Yoxlanılıb: 30 İyun 2013. ABŞ aktyoru Boris Karloff canlandırmışdı. Filmin çəkiliş yerləri ABŞ-nin qərbində yerləşən, sahənin böyüklüyünə görə üçüncü yer tutan və səhralığına görə məşhur olan Kaliforniya ştatında aparılmışdı. Çəkiliş səhnələri ABŞ-nin cənub-qərbində yerləşən Cənubi Kalforniyanın böyük hissəsini tutan Moxave səhrasında, Kalironiyanın Los-Anceles şəhərinə məxsus "San Fernando Vadisi" regionunun "Universal Siti" icmasında və Cənubi Kaliforniyada yerləşən korporativ olmayan "Sentil" icmasında yerləşən "Qırmızı Qaya Kanyon Ştat Parkı" () adlı kanyon parkında baş tutmuşdu.Mumiya Imdb.com saytında filmin aparıldığı çəkiliş yerləri, Yoxlanılıb: 17 sentyabr 2015. "Mumiya" filminin büdcəsi qiymətləndirməylə təxminən $196,000 min ABŞ dollarıdır.Mumiya Egyptabout.com saytında, Yoxlanılıb: 17 sentyabr 2015.

Filmin əsas şüarı «O həyata gəlir!» ()

Məzmun

thumb|left|İmhotep Ardat bəy cildində 1921-ci il. Britaniya muzeyi heyət üzvlərinin Ser Cozef Uemplin (Artur Bayron) başçılığı altında ekspedisiyası zamanı İmhotepin qəbri aşkar edilir. Həmin qəbrin üzərində bu qəbri açanın lənətə düçar olacağı göstərilir. Cozef Uemplin yanında köməkçi olan Ralf (Brembell Fletçer) qəbri açaraq Totun papirusundakı ilk yazıları yazmağa başlayır. Əfsanəyə görə, bu yazı sayəsində İsida Osirisi diriltmişdir. Həmin yazının yarısını oxumaq İmhotepi canlandırmağa kifayət edir. Misirli həkim və mistikaçı Müller (Edvar Van Sloun) bu tilsimin oxumaması üçün Cozefə müraciət edir. Lakin İmhotep (Boris Karloff) adlı Qədim Misir rahibi Ralfın oxuduğu canlandırma tilsimini yüksək səslə oxuması nəticəsində yenidən canlanır. Totun əlyazmasını ələ keçirərək arxeoloqlardan qaçmağı bacaran İmhotep, yaşadığı dövrdəki sevgilisi Misir kraliçası Anhesenamonun ruhunu taparaq, onu Reinkarnasiya etmək üçün Misirin mərkəz şəhəri Qahirədə gəzməyə başlayır. Bu hadisəni müşayiət edən Ralf birdən-birə vahiməyə düşərək huşunu itirir.

1932-ci il. Digər "Britaniya muzeyi"nin heyət üzvlərindən olan Cozef Uemplin oğlu Frenkin (Devid Menners) başçılığı altında arxeoloji qazıntı aparılır. Misirli arxeoloq olan Ardat bəy (İmhotep) arxeoloqlara Anhesenamonun məzarını tapmaq üçün qazıntının lazım olduğu yeri göstərir. Məzarı tapan arxeoloqlar mumiyanı və xəzinələri Qahirədə yerləşən "Misir Muzeyi"nə göndərirlər. Muzey bağlandıqdan sonra İmhotep Anhesenamonun yerləşdiyi tabutun ətrafında tilsimli sözlər deməyə başlayır. Bu zaman İmhotepin dediyi möcüzəli sözlər, əslən Misirli olan Sudan qubernatorunun qızı Helen Qrosvenora (Zita Yohann) təsir edir. Helen tilsim sayəsində Qahirədə yerləşən "Misir Muzeyi"nə gəlir. Həmin müddətdə gözətçi, Anhesenamonun tabutu ətrafında yad şəxsin olduğunu görür. Gözətçi İmhotepdən papirusu almağı bacarır. Lakin onunla mübarizə apararaq ölür. Helen isə bura gələrək bağlı qapıları görür və huşsuz vəziyyətdə yerə uzanır. İmhotep bu zaman yaranan təhlükədən qaçmaq üçün yoxa çıxır. Heleni Cozef Uempl, oğlu Frenk və həkim Müller tapır. Papirus yenidən Cozefin əlinə keçir. Helen isə huşsuz vəziyyətdə olduğundan onu müayinə etmək üçün öz evlərinə aparırlar.

Helen yuxuda olan zaman bir neçə misir kəlməsi və İmhotep ilə Anhesenamonun adını deyir. Onu müşayiət edən Cozef, oğlu Frenk və Həkim Müller Helenin qədim lənətə tutulduğunu başa düşürlər. Helen huşsuz vəziyyətdən ayılan zaman Frenki görür. Helen və Frenk bir-birinə aşiq olurlar. Lakin bir müddətdən sonra Uempllərin evində Ardat bəy peyda olur. Ardat bəy Heleni görür və onun Anhesenamona bənzədiyini hiss edir. Heleni tilsiminə salan zaman Ardat bəyin qarşısını Cozef, oğlu Frenk və Həkim Müller alırlar. Helen Uempllərin evində qalmağa məcbur olur. Bu müddətdə Həkim Müller Frenkə lənətlərdən qoruyan İsidanın talismanını verir. Cozef Uempl isə bu papirusun nəyə qadir olduğunu hələ 11 il əvvəl başa düşmüşdür. Bu səbəbdən Cozef Totun papirusunu yandırmaq istəyir. Lakin bu zaman Ardat bəyin tilsimi ilə üzləşir. Tilsimin sayəsində Cozef həyatını itirir. Papirus yenidən İmhotepin əlinə keçir.

İmhotep Anhesenamona olduqca bənzəyən Heleni yenidən Uempllərin evində görüncə, onunla evlənmək üçün İmhotep Heleni qaçırmağa qərara gəlir. Frenk onun qarşısını almaq istəyir. Lakin tilsim nəticəsində ölümcül vəziyyətə düşür. Bu vəziyyətdən onu yalnız İsidanın talismanı saxlayır. Bu zaman həkim Müller Frenkə deyir ki, gərək bu dəfə İmhotep Heleni aparsın. Yalnız bu zaman İmhotepin qaldğı yeri müəyyən etmək olar. İmhotep Heleni aparmağa müvəffəq olur. Bir neçə müddət keçəndən sonra İmhotep Anhesenamonun ruhunu azad etmək üçün onun ölüsünü yandırır və Heleni öldürməyə hazırlaşır. İmhotep Heleni öldürməlidir ki, Anhesenamonu diriltsin. Helen isə ölmək arzusunda deyil. Bu zaman Frenk və atası Müller muzeyə gəlib çatırlar. İsidanın talismanı sayəsində onlara İmhotepin tilsimi təsir etmir. Keçmiş həyatlarını xatırlayaraq xilas olmaq üçün tanrı tərəfindən İsidaya yalvaran Helen sonda ölümdən xilas olur. Bu dua ilə eyni zamanda İsida heykəlinə çıxan şüa, İmhotepə can verən tilsimi də yandıraraq yox edir. Beləcə, İmhotep ölür və sümük iliyinə çevrilir.

Rollarda Personajlar Orijinal adı Canlandıran Orijinal adı İmhotep və Ardat bəy Boris Karloff Helen Qrosvenor və Şahzadə Aneksenamon Zita Yohann Frenk Uempl Devid Menners Ser Cozef Uempl Artur Bayron Həkim Müller Edvard Van Sloan Ralf Norton Bremvell Fletçer Nubiyalı Noubl Conson Frau Müller Ketrin Bayron Professor Pirson Leonard Mudi Firon Ceyms Kreyn Sakson döyüşçüsü Henri Viktor

Maraqlı faktlar Filmdə göstərilən personajlardan Anhesenamon ilə İmhotep Misir tarixndə həqiqətən də yaşamışlar. Lakin fərqli cəhətləri isə onların müxtəlif dövrlərdə yaşamasıdır. Təxminən Anhesenamon b.e.ə. 1348-1322-ci illərdə, İmhotepImhotep (Egyptian architect, physician, and statesman) — Encyclopedia Britannica Britannica.com saytında, Yoxlanılıb: 17 sentyabr 2015. isə b.e.ə. 2650–2600-cü illərdə yaşamışlar.

İstehsalı Ərəfə thumb|right|"Mumiya" filminin digər afişası 4 noyabr 1922-ci ildə Britaniya arxeoloqları Cənab Hovard Karter () və Corc Herbert, 5-ci qraf Karnarvonun () başçılığı altından aparılan ekspedisiya zamanı tapılan Tutanhamonun məzarınınNicholas Reeves: The Complete Tutankhamun. London 1995, S. 64.Thomas Hoving: Der goldene Pharao Tut-ench-Amun. München/Zürich 1978, S. 202. açılmasından və "Fironların lənətindən"Tutankhamun: Anatomy of an Excavation. Howard Carter’s diaries. The first excavation season in the tomb of Tutankhamun Griffith.ox.ac.uk saytında, Yoxlanılıb: 17 sentyabr 2015. təsirlənən prodüser Karl Lemple-kiçik ssenarist Riçard Şeyeri "Drakula" və "Frankenşteyn" adlı film seriyalarında olduğu kimi Misir mövzulu bir çox qorxu filminlərinin əsasını təşkil edəcək bir roman tapmaqla vəzifələndirdi. Şeyer bu mövzuda roman tapa bilmədi, ancaq nəticədə, ortaya çıxan filmin mövzusu, İngilis yazıçısı Artur Konan Doyl tərəfindən yazılmış "Totun üzüyü" adlı əsərinArthur Conan Doyle The Ring of Thot Gaslight.mtroyal.ca saytında, Yoxlanılıb: 17 sentyabr 2015. qısa əhvalatıyla ciddi bənzərliklər ehtiva edirdi. Şeyer və digər ssenarist Nina Uilkoks Patnem İtalyan okkulltisti Alessandro Kaqliostro haqqında "Kaqliostro" başlıqlı doqquz səhifəlik film tretmanı yazdı. San Fransiskoda keçən əhvalatda həyatda qalan 3000 illik bir cadugər haqqında danışılırdı. Tretmanı bəyənən Lemple ssenarini yazmaq üçün Con L. Balderstonu işə götürdü. Balderson 1931-ci l istehsalı olan "Drakula" və "Frankenşteyn" filmlərinə də iştirak etmişdi. Con Balderston jurnalist vəzifəsində çalışan zaman "New York World" qəzeti üçün "Tutanhamonun məzarının açılışını" yazmışdı. Balderston tretmandakı əhvalatı Misirə köçürür və baş mənfi rol personajını b.e.ə. 2700-cü illərdə yaşayan Misir rahibi "İmhotep" personajı canlandırır.Gödstaf, Kari Hirviöt marssivat Hollywoodiin, osa 1/2 Filmgoer.fi saytında, Yoxlanılıb: 17 sentyabr 2015.

Filmin çəkilişlərindən iki gün əvvəl "Drakula" filminin görünüş rejissoru Karl Froynd rejissor olaraq işə götürüldü. Çəkilişlərin üç həftədə tamamlanması planlaşdırıldı. Karloffun ilk çəkiliş günü boyunca mumiyanın canlanaraq tabutundan çıxması səhnəsi çəkildi. Makiyajçı Cek Pirs İmhotepin mumiyasının görünüşünü hazırlamaq üçün Misir fironu II Setin mumiyasının üzərində fotoşəkillər çəkərək araşdırma apardı. Lakin filmdə Karloffun görünüşü daha çox digər Misir fironu III Ramzesə bənzəyirdi. Pirs səkkiz saatlıq bir iş ilə Karloffun üzünə pambıq, kolodium və yapışdırıcı, saçlarına isə gil əlavə etdi və bədənini turşuya batırılıb sodalanmış parça lentlərlə bağladı. İlk səhnə çəkilişlərinin bitməsindən sonra Karloffun üzündən makiyajın çıxarılması iki saat davam etdi. Yapışdırıcının üzündən çıxarılması zamanı uzun müddət ağrılar çəkən Karloff həmin günü "çəkdiyim ən böyük ağrılı gün" kimi qeyd etmişdi.Vieira, Mark A. (2003). Hollywood Horror: From Gothic to Cosmic. New York: Harry N. Abrams. ss. 55–58. Boris Karloff həmin sarğı makiyajı ilə film səhnəsində bir neçə dəqiqə göründü. Ardınca çəkilən səhnələrdə isə Karloff sadə olan yalnız bir makiyaj ilə görünürdü.

Çəkilişlər zamanı Anhesenamonun bir çox keçmiş reinkarnasiyası səhnələri də çəkildi. Lakin bu görünüşlər senzura sayəsində filmin son səhnələrində göstərilmədi. Bu görünüşlərə aid şəkillər mövcud olsa da, həmin səhnələrin çəkilişləri saxlanılmayıb. Həmçinin, bu şəkillərdə "Sakson döyüşçüsü" personajının şəklini görmək mümkündür. Filmin başlanğıcında səsləndirilən musiqi isə Rusiyanın bəstəkarlarından biri olan Pyotr Çaykovskinin "Qu gölü" baletindənAleksandr İliç Afanasyev tərəfindən toplanaraq "Rus xalq nağılları" toplusunda nəşr edilmiş "Ağ ördək haqqında nağıl" götürülmüşdü. Həmin baletin musiqisindən 1931-ci ildə çəkilən "Drakula" filminin başlanğıc səhnəsində istifadə edilmişdi.Drakula 1931 Imdb.com saytında mahnıları, Yoxlanılıb: 17 sentyabr 2015. Bu film "Drakula" və "Frankenşteyn" film seriyalarından fərqli olaraq, digər seriyaları çəkilmədi.

Filmin mövzusu Filmdə göstərlir ki, "Totun əlyazması" oxunan zaman İmhotep yenidən qayıdır və həmin əlyazmanı alaraq gözdən itir. İmhotepin əsl məqsədi isə Aneksenamonu diriltmək olur. Orijinal mövzuda isə İmhotep ilə Aneksenamon haqqında nisbətən çox məlumat verilir.Mumiya Filmin mövzusu haqqında daha ətraflı Barros.rusf.ru saytında, Yoxlanılıb: 17 sentyabr 2015. Yuxarı məbədin rahibi olan İmhotep İsida və Fironun yaraşıqlı qızı Aneksenamona aşiqdir. Lakin müəyyən müddətdən sonra Aneksenamon vəfat edir. Aneksenamonun dərdinə dözə bilməyən İmhotep onu diriltmək üçün müxtəlif üsullar axtarmağa başlayır. Bir müddətdən sonra İmhotepin əlinə "Totun əlyazması" keçir. Bu əlyazma sayəsində İsida Osirisin intiqamını Setdən almaq üçün oğlu Totu dirildir və Set üzərində qələbə çalır. Bu səbəbdən İmhotep həmin əlyazmanı Aneksenamonun qəbri üzərində oxumağa başlayır. Lakin bu zaman onu məbəd qoruyucuları saxlayır və İmhotep cinayətkar kimi ölümə məhkum edilir. İmhotep tabuta qoyulan zaman onunla bərabər "Totun əlyazması" da qoyulur ki, insanlar bu lənətdən qoruna bilsinlər. 3900 il keçdikdən sonra İmhotepin qəbri açılan zaman bu əlyazma tapılır və oxunur. Bu zaman İmhotep dirilərək, "Totun əlyazması"nı ələ keçirərək yoxa çıxır. Uzun müddət keçdikdən sonra İmhotep Ardat bəy cldinə girərək Aneksenamonun qəbrini aşkar etməyə çalışır. İmhotep niyyətinə nail olur, lakin müəyyən uğursuzluğa düçar olur. Bu müddətdə Aneksenamonun bənzəri olan Helenə diqqət yetirir və müxtəlif hadisələrdən sonra onu qaçırmağı bacarır. Filmin sonunda isə Frenk Uempl və həkim Müller onun bu mərasiminə mane olur və İmhotep yenidən cəhənnəm dünyasına qərq olur.

Aktyor seçimi