Oqtay Şəhriyarlı — Azərbaycanlı şair-publisist.

Həyatı 13 mart 1959-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Şəhriyar kəndində anadan olub.

İlk şeri 1974-cü ildə Masallı rayonunda çıxan "Çağırış" qəzetində çapdan çıxıb. 1976–1978-ci illərdə Sumqayıt şəhərində çıxan "Sosialist Sumqayıtı" qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. İstehsalatda çalışan insanlar daima O. Şəhriyarlının mövzusu olardı.

1974-cü ildən indiki dövrə qədər müxtəlif mətbuat orqanlarında şerləri çapdan çıxır.

2003-cü ildən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Bakı şöbəsinin üzvüdür.

Hal-hazırda "Bütövlük" ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiridir.

"Şəhriyarda səkkiz ocaq" kitabı çapa hazırlanır.

Ailəlidir, iki oğul, iki qiz atasıdır.

Hal-hazırda Bakı şəhərində yaşayır.

Şeirləri Masallım mənim Bu dünyada yaşamağa nə var ki Nə gözəl yaraşır elə Şəhriyar Ana dilim Mənim balamdır İlk müəllimim Anamdır mənim Mənə dünyam qədər əzizsən gülüm Atam dünyamdır mənim. Qaytararıq Qarabağı. Gözəllik diyarı Yardımlıdadır Ananı baladan ayırma gəlin Deputatım mənim Yaşa Zəlimxan yaşa Bir sən bir mən birdə allahım Xəzərim mənim Qəbrin nurla dolsun əziz dost Allaha ən yaxın anamdır mənim Sən əsgər gedirsən, qoru vətəni Qocalır anam

İstinad

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Masallıda doğulanlar