Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003).

1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi.

Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır. Kilsə, Sənətkarlıq Evi, Meymunların tədqiqi mərkəzi, botanka bağı vardır.

right|thumb|240px|Zante dağından baxdıqda Baster şəhərinin görüntüsü

İstinadlar

Kateqoriya:Sent-Kits və Nevis Kateqoriya:Sent-Kits və Nevis şəhərləri Kateqoriya:Karib hövzəsi dövlətlərinin paytaxtları