Cygwin ( ) — Windows əməliyyat sistemləri üçün azad və açıq kodlu Unix ailəsinin simulatorudur. Başqa sözlə Unixdə (Linuxda) etdiklərinizi, Windows mühitində etməyə imkan yaradır. Cygwin 1995-ci ildə yaradılmışdır. Bir çox GNU, Unix, Linux proqramları Cygwinə daxil edilmişdir. Misal olaraq, KDE, GNOME, Apache və s göstərmək olar.
Xüsusiyyətləri Cygwində aşağıdakı paketləri yükləmək olar.
Shell mühitləri: bash, dash, ksh, tcsh, zsh Mətin utilitləri: grep, sed, diff, patch, awk Terminallar: mintty, rxvt, screen Redaktorlar: emacs, joe, mined, nano, vim Uzaqdan giriş: ssh, rsh, telnet Proqramlaşdırma dilləri: C, C++, Objective-C, Fortran, Perl, Python, Ruby, Tcl, Ada, CLISP, Scheme, OCaml, Proloq Serverlər: Apache, BIND, PostgreSQL, Pure-FTPd, OpenSSH, telnetd, exim, UW IMAP və s.
İstinadlar
Kateqoriya:Azad proqram təminatı Kateqoriya:Proqramlaşdırma alətləri Kateqoriya:Sistem administratoru Kateqoriya:1995-ci il proqramları