Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir.
Əhalisi 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi.
2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. +Belici kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 2010 sa. Nisbəti, 2010 sa. cəmi4 282100 % Azərbaycanlı3 23975.6 % Tabasaranlı81219.0 % Ləzgi1874.4 % Başqaları441.0 % Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır.
Tanınmış şəxsləri leytenant Xudabaxış Madaimoviç Nağıyev — 2025-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin fərmanı ilə "Cəsarət" ordeni ilə təltif edilib.Dərbənd rayonunda XHƏ həlak olan iştirakçıların qohumlarına Dövlət mükafatları verilib
Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild. Bakı şəhəri, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il, 304 səhifə
Həmçinin bax
Kateqoriya:Dərbənd rayonunun yaşayış məntəqələri