Çəkic sümüyü () — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasındaAnson, B.J., Donaldson, J.A.: Surgical Anatomy of the Temporal Bone. W.B. Saunders Company, Philadelphia, 1981. (8–9 mm)İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337, UB-999, , kütləsi isə 25 mq-dırGelfand, S.A.: Essentials of Audiology. Thieme, New York & Stuttgart 1997, ISBN 3-13-103631-1. S. 46..
Qurluşu Çəkic sümüyünün başı-, boynu-, dəstəsi-, uzun ınçıxıntısı- və qısa bayır çıxıntısı- vardır. Çəkicin dəstəyu qulaq pərdəsinə bitişmişdir (); başı yuxarıya doğru çevrilmiş və üzərində zindana məxsus oynaq səthi vardır.
Funksiyası Qulaq sümükcükləri bir-birilə oynaqlar vasitəsilə birləşərək hərəkətli bir zəncir təşkil edir. Xarici qulaqdan daxil olan səs dalğaları qulaq pərdəsini ehtizaya gətirir, nəticədə çəkic sümüyü müvafiq olaraq zindan sümüyünü döyəcləyərək səs dalğalarını üzəngi sümüyü vasitəsilə dəhliz pəncərəsindən daxili qulağa ötürmüş olur.
İstinadlar
Mənbələr İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999,
Kateqoriya:Eşitmə üzvü Kateqoriya:Orta qulaq Kateqoriya:Kəllə sümükləri Kateqoriya:Qulaq sümükcükləri Kateqoriya:Eşitmə sistemi Kateqoriya:Otologiya