Bakı Fond Birjası () — Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjasıdır.
Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur.
Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 19 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
Tarixi
Azərbaycanda kapital bazarlarında ticarətinin başlanğıcı 1886-cı ildə Bakı Birjasının yaradılması ilə bağlıdır. 1909-cu ilə qədər Şollar Su Kəmərinin çəkilməsi üçün istiqrazların buraxılması əhəmiyyətli bir mərhələ oldu, ardınca 1913-cü ildə ilk səhm buraxılışı oldu. Lakin 1930-cu ildə Bakı Birjasının fəaliyyəti dayandırıldı.
1997-ci ildə Azərbaycanın kapital bazarları üçün müasir dövrün başlanğıcını qoyan Bakı Fond Birjası yaradılmışdır. Kapital bazarında ticarət rəsmi olaraq 2000-ci il sentyabrın 1-də başladı və 2004-cü ildə korporativ istiqrazlar, səhmlər və Mərkəzi Bankın NOT-ları daxil olmaqla sürətlə genişləndi.
BFB bu illər ərzində bir sıra mühüm irəliləyişlərə nail olub:
2006: Banklararası REPO əməliyyatlarının tətbiq edilməsi
2009: İpoteka istiqrazlarının ticarətinin başlanılması
2013: İlk market-meyker institutunun yaradılması
2016: SOCAR istiqrazlarının və mərkəzləşdirilmiş ticarət sistemi olan CETA platformasının istifadəyə verilməsi
2018: Qeyri-maliyyə sektoru şirkəti tərəfindən ilk qiymətli kağız emissiyasının buraxılması
2019: Beynəlxalq Birjalar Assosiasiyasına üzvü oldu və xarici emitent tərəfindən ilk yerli valyutada istiqraz emissiyasına ev sahibliyi etdi.
2020: Dünya Birjaları Federasiyası ilə əməkdaşlıq edir və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları qrupuna qoşulur 2021: Azərbaycanın regionlarında İnvestisiya Səyahətlərinə start verdi
2022: Azərbaycan Mərkəzi Bankı ilə birgə Qiymətli Kağızların Emissiyası Sistemini tətbiq etmişdir
2023: Kapital bazarında kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirlərinin vergidən azad edilməsinə nail olundu
2024-cü ildə BFB yeni brend kimliyini təqdim etdi. Bu il həm də iki tarixi nailiyyətlə yadda qaldı: Azərbaycan tarixində ilkin kütləvi təklif (İPO) və səhmlərin təkrar bazarda distant ticarətinin tətbiqi.
Səhmdarlar Bakı Fond Birjasının əsas səhmdarları aşağıdakılardır: 1."Kapital Bank" ASC2."Borsa İstanbul A.Ş"3."Azərbaycan Beynəlxalq Bankı" ASC4."Unicapital İnvestisiya Şirkəti” ASC5"İnvest-AZ İnvestisiya Şirkəti" QSC6"İnvest-AZ" (Türkiyə)7“Bank of Baku” ASC8“Yapı Kredi Bank Azərbaycan” QSC9"Azərbaycan Sənaye Bankı" ASC10"Capital Partners IŞ" QSC11"Xalq Kapital İ.Ş" QSC12"İNNO Kapital İnvestisiya Şirkəti" ASC 13"Dəmir İnvestisiya Şirkəti" QSC14Mars Investment LLC15"Global Yatırım Holding A.Ş" 16“Caspian Financial LTD” LLC17“Brokdil-AZ” MMC18Respublika İnvest19Ləğv etmə prosesində olan “United Credit Bank” ASC
Təşkilatı Struktur
center|950x950px|Təşkilatı Struktur
Həmçinin bax Azərbaycan iqtisadiyyatı Azərbaycan manatı
İstinadlar
Xarici keçidlər Bakı Fond Birjası
Kateqoriya:Birja Kateqoriya:2000-ci ildə Azərbaycanda yarananlar
Kateqoriya:Bakı Kateqoriya:Bakı şirkətləri Kateqoriya:Birjalar Kateqoriya:Avropada fond birjaları