Nüvə kimyası — radioaktiv reaksiyaları öyrənir. Nüvə kimyası 1934-cü ildə italiyalı alim Enriko Fermi Romada etdiyi təcrübələr nəticəsində neytronların çoxu atom növünü bölə biləcəyini tapdı. Uran neytronlarla bombalandığında gözlədiyi elementlər yerinə urandan daha çox yüngül atomlar tapdı.
1938-ci ildə də Almaniyada Otto Hahn və Frittz Strassman radium və berilium içern bir qaynaqdan uranı neytronlarla bombaladıqlarında Baram-56 kimi daha yüngül elementlər tapınca çaşdılar. Bu işlərini göstərmək üçün Nasist Almaniyasından qaçmış Avstraliyalı elm adamı Lisa MEITNER' e apardılar. MEITNER o sıralarda Otto R. Fris ilə birgə çalışırdı. Etdikləri təcrübələr nəticəsində ibarət olan/yaranan baram və digər yeni ibarət olan/yaranan maddələri uranın bölünməsi nəticəs(n)i ibarət olan/yaranan maddələr olduğunu düşündülər, amma reaksiyaya girən maddənin atom kütləsiylə məhsulların atom kütlələri bir-birini tutmurdu. Sonra Eynşteynin E=mC2 düsturunu istifadə edərək ortaya enerji çıxışını tapdılar, beləcə həm fisyon həm də kütlənin enerjiyə çevrilməsini nəzəriyyəsini ispat etdilər.
1939-cü da Bohr Amerikaya gəlir. Hahn Strassman Meitnin araşdırmalarıyla maraqlanırdı. Vaşinqtonda Fermi ilə görüşdü və bir müddət baş tuta biləcək zəncirləmə reaksiyaları ehtimalını müzakirə etdilər. Bu reaksiya nəticəsində atom böyük bir enerjini ortaya çıxararaq bölünürdü.
Bütün dünyada elm adamları zəncirləmə reaksiyalarının ola biləcəyini açıqladılar. Az miqdarda uranın uyğun şərtlərdə bir yerə gətirilməsi lazım idi. Lazımlı olan bu uran miqdarına kritik kütlə adı verildi.
Fermi və Leo Szilard 1941-ci ildə zəncirləmə uran reksiyasına uyğun bir reaktör hazırladılar. Bu bir uran və grafit yığımından meydana gəlirdi. Uran grafit yığımı içində küp şəklində fisyona uyğun bir qəfəsdə saxlanırdı. 1942-ci ildə FERMI və qrupu Çikago Universitetində bir yerə gəldilər və Dünyanın ilk rektorunu Chicago-1' i açdılar. Burada grafite əlavə olaraq bir də kadmiyum və çubuqlar istifadə edildi. Kadmiyum əmtəəlik bir element idi və neytron əmmə xüsusiyyəti vardı. Çubuqlar içəri girdiyində daha az neytron ol/tapılırdı və bu reaksiyanın sürətini azaldırdı. 20 Aralıq/dekabr 1942' də Chicagoda təqdimat üçün bir yerə gəldilər. 3:25də reaksiya özünü bəsləyə bilər vəziyyətə gəldi və dünya nüvə çağa girmiş oldu.
Mendeleyevə qədərki dövrdə kəşf olunmuş elementlər
Bu elementlər sistemləşdirilməsi cəhdləri kimyəvi elementlərin klassifikasiyalaşdırılmasından ibarət idi. Bu tədqiqatlar yalnız kimyəvi elementlərin xassələrindəki fərqlərin axtarışına əsaslanırdı.Lakin qanunauyğunluqların klassifikasiyalardan fərqi əksliklərin vəhdəti prinsipinin axtarışlarındadır.
E.Rezerford Radiasiya kimyası öz mövcudluğu üçün nüvə fizikasına borcludur. XX əsrdə nüvənin verdiyi çox böyük enerji demək olar ki, bütün elm sahələrinin – fizika və kimyadan başlamış sosiologiya və iqtisadiyyata qədər – tədqiqat obyektinə çevrildi. Fizika və kimyanın vəzifəsi iki elmin qovuşuğundakı hadisələrin öyrənilməsi zamanı haçalandı. Fiziklər radiasiyadan müdafiə axtarışlarında kimyaçıları yalnız köməkçi kimi qəbul edirdilər. Kimyaçılara isə radiasiya kimyəvi reaksiyaların gedişində enerji kimi lazım idi. Beləliklə də ′′şüalanmadan müdafiə′′ tezisini ′′şüalanmadan istifadə′′ antitezisinə çevirən radiasiya kimyası tətbiqi elmdən kimyanın tamhüquqlu bölməsinə kimi böyük təkamül yolu keçdi. Hazırda kimyəvi reaksiyaların gedişində istifadə olunan enerjidən asılı olaraq kimya aşağıdakı bölmələrə ayrılır: - termokimya (istilik enerjisi) - elektrokimya (elektrik enerjisi) - fotokimya (atom enerjisi) - radiasiya kimyası (atom nüvəsinin enerjisi). Atom kimyəvi sistematikanın əsası kimi Mendeleyevə qədərki dövrdə kəşf olunmuş elementlərin sistemləşdirilməsi cəhdləri kimyəvi elementlərin klassifikasiya- laşdırılmasından ibarət idi. Bu tədqiqatlar yalnız kimyəvi elementlərin xassələrindəki fərqlərin axtarışına əsaslanırdı. Lakin qanunauyğunluqların klassifikasiyalardan fərqi əksliklərin vəhdəti prinsipinin axtarışlarındadır. Öz sələflərindən fərqli olaraq, D.İ.Mendeleyevi kimyəvi çevrilmələrdəki ′′digər xassələrin də asılı ola biləcəyi′′ müəyyən bir stabil ümumi xassə maraqlandırırdı. Məhz buna görə də D.İ. Mendeleyevin kimyəvi elementlərin və onların birləşmələrinin dövri dəyişən xassələrinin atomların atom çəkilərindən asılılığı barədə gəldiyi nəticə qanun şəkli almışdır. Bu mülahizə dövri sistemin inkişafının birinci – kimyəvi mərhələsidir. Çünki çəkinin kəmiyyətcə dəyişməsi keyfiyyətin, yəni yeni atomların yaranmasının bünövrəsidir. Atomun quruluşu kimyəvi sistematikanın əsasıdır XIX əsrdə atomu Daltonun təbirincə kiçik və dəyişməz hissəcik kimi qəbul edirdilər. Elə bu zaman İngiltərənin koloniyası olan Yeni Zelandiyada, daha doğrusu onun yeganə universiteti olan Kenter- beri kollecində elmi cəmiyyətin yığıncağında 20 yaşlı tələbə ′′Elementlərin təkamülü′′ adlı məruzə ilə çıxış etdi. Onun səsləndirdiyi inqilabi fikir – ′′atomlar mürəkkəb quruluşa malikdir və eyni hissəciklərdən ibarətdir′′ fikri auditoriyanı hiddətləndirdi və onu peşəkar olmayan bir şəxs kimi kənarlaşdırmaq tələb olundu. Çıxış edən özü də çox pərt oldu. Bu tələbə Ernest Rezerford idi. Sonradan o, irəli sürdüyü fikrin isbatına bütün ömrünü həsr etdi. Elektronun kəşfinə hələ 6 il qalırdı. Bu zaman Kembricdə qazların elektrik keçiriciliyinin tədqiqi zamanı C.C.Tomson katod şüalarını müşahidə etdi. Çox tezliklə – 1895-ci ildə, qazboşalma borularından elektrik cərəyanı buraxarkən, Rentgen naməlum şüalar kəşf etdi. Bu şüalar katod şüalarından fərqli olaraq anodda əmələ gəlirdilər. Tomson öz assistenti Rezerfordla birgə rentgen şüalarını tədqiq edərkən elektronu kəşf etdilər. Bu da atomun bölünən olduğu mülahizəsinin sübutu oldu. Tomson atom üçün model təklif edir və bununla da kimyəvi elementlərin xassələrinin dövriliyinin onların quruluşu ilə bağlı olduğunu sübut etməyə cəhd edir. Tomsona görə atom bərabər paylanmış müsbət yüklə yüklənmiş sferadır və ətrafında mənfi yüklü elektronlar həlqələr şəklində qruplaşmış- dır. Həlqələr müəyyən bir səthdə yerləşir və müəyyən sayda elektrona malikdir. Atom çəkisinin artması ilə həlqələrdəki elektronların sayı artır. Nəinki atomun, hətta nüvənin də bölünən olmasını sübut edən kəşflər də özünü çox gözlətmədi. Fosforessensiya problemləri ilə məşğul olarkən Bekkerel 1896-cı ildə uran birləşmələrinin buraxdığı şüaları kəşf etdi. Bu şüalar qeyri-adi xassələrə malikdirlər. Əgər məlum hadisələr – lüminessensiya və fosforessensiya hər hansı bir enerji mənbəyinin təsirindən baş verdiyi halda ′′bekkerel′′ şüaları heç bir enerjisiz özlərini büruzə verirlər. Onlar qeyri-şəffaf cisimlərdən və qara kağızdan keçir və işıq şüaları kimi fotolövhə üzərində iz qoyur. downloaded from KitabYurdu.org Страница 6 из 310 Şüalanmann qidalandığı enerji Tezliklə Pyer Küri və Mariya Skladovskaya Küri yeni radioaktiv elementlərin – radium və poloniumun kəşfi barədə məlumat verdilər və yeni termin – radioaktivlik termini yaratdı- lar. Bunun ardınca isə bu şüalanmaya müvafiq olan elektrik yükləri, radioaktiv maddələrin özbaşına işıq verməsi barədə məlumatlar verdilər. Məlum oldu ki, radioaktivliyi törədən səbəb radioaktiv atomların özbaşına parçalanmasıdır. Beləliklə, XX əsrin əvvəlində kimyəvi bölünməz hissəciyin – atomun bölünən olması ideyası artıq bərqərar oldu. Məhz buna görə də dövri qanunun sonrakı inkişafı estafet kimi kimyaçılardan fiziklərə keçdi. Onlar atomun quruluşunda kimyəvi elementlərin xassələrinin dövri dəyişməsinə səbəb ola biləcək yeni keyfiyyətlər axtarmağa başladılar. Rezerford - atom hansı quruluşa malikdir? - sualına cavab vermək üçün atomun bölünən olduğunu sübut edən radioaktivliyin tədqiqi ilə məşğul oldu. O, Makdonaldın laboratoriyalarında (Kanada) radioaktivliyin tədqiqi üzrə dünya mərkəzi yaratdı. Bu tədqiqatların nəticəsi olaraq Rezerfordla Soddi 1903-cü ildə radioaktiv parçalanma nəzəriyyəsini irəli sürdülər. Kruksun təcrübələri əsasında onlar müəyyən etdilər ki, radioaktivlik qeyri-sabit atomların sabit vəziyyətə keçmək cəhdləri ilə yaranır. XX əsrin əvvəlində fiziklər arasında ən geniş yayılmış ideya Perrenin atomun quruluşunun günəş sisteminə bənzədilməsi müddəası oldu. Bu müddəanı təsdiq edən təcrübələr Rezerfordun assis- tenti Mardsenə məxsusdur. Rezerford həmin modelin yaradıcısı say- ıldığına baxmayaraq, α-hissəciklərin böyük bu- caq altında səpələnməsi üzrə tədqiqatların əleyhinə idi. Xırda bir pambıq parçaya 15 düyməlik mərmi ilə necə atəş açmaq olar ki, o, sıçrayaraq sizə dəysin? Atomun Tomson modelinin tərəfdarı olan Rezerford bunu anlaya bilmirdi. Bununla belə o, 1908-ci ildə Marsden və Heygerə təcrübələr aparmağa razılıq verdi. Məşhur alim Rezerford vaxtilə tələbə Rezerforda inam olmadığını yaxşı xatırlayırdı. Elə o vaxtdan Rezerford hesab edirdi ki, elm adamları yalnız hər hansı bir adamın ideyasından yox, həmin problem üzərində düşünən minlərlə adamın ümumi müdrikliyindən asılı olmalı və hər bir kəs böyük elm binasına öz payını əlavə etməlidir. Marsdenin massiv (ağır) nöqtəvari nüvənin mövcudlu- ğunu sübut edən eksperimenti atomun yeni modelinin əsası oldu. 1911-ci ildə Rezerford atomun planetar modelini təklif etdi. Onun fikrincə, atom boşluqdan, müsbət yüklənmiş nüvədən və müxtəlif orbitlərdə fırlanan mənfi yüklü elek- tronlardan ibarətdir. Eksperimentlərin göstərdiyi kimi nüvənin ölçüsü 10-14÷10–15 m-dir. Məhz nüvə atomun bütün kütləsini özündə cəmləşdirir ki, bu da onun başlıca xüsusiyyəti kimi Mendeleyevin kimyəvi elementlərin sistemləşdirməsində əsas olmuşdur. Elə buna görə də nüvənin kimyəvi elementlərin xassələrini müəyyənləşdirdiyini ehtimal etmək olar. Demək, ancaq nüvə atomun əsas xüsusiyyəti olmalıdır. Əlbəttə Rezerford başa düşürdü ki, onun elektronların orbitlərdə hərəkəti barədəki fikri fizikanın məlum qanunlarına müvafiq deyil. Həqiqətən də, Maksvell qanunlarına görə elek- tron fırlandığı zaman enerji itirməli və bunun da nəticəsində Nyuton qanunlarına əsasən nüvənin üzərinə düşməli idi. Lakin bu təzad Rezerford üçün heç bir əhəmiyyət kəsb etmədi, çünki o, hələ tələbəlik illərində irəli sürdüyü atomun bölünən olması iddiasını sübut etməyə müyəssər oldu. Ona görə də elektronun orbitdə mövcudluğunun sabitliyi məsələsini gələcək tədqiqatlar üçün açıq hesab etdi. 1900-cü ildə Plankın çox qızmış (közərmiş) cisimlərin elektromaqnit dalğalarını şüalanma tezliyinə mütənasib olaraq hissə-hissə – kvantlarla şüalandırdığı və udduğu fikri meydana çıxdı: E=hν, burada h=0,66252·10-33 C·san (C – Coul). h kəmiyyəti Plank sabiti adını aldı. Kvantlaşma ideyası fiziklər arasında özünə yalnız Eynşteyn 1905-ci ildə işığın quruluşunda tətbiq etdikdən sonra yer tapdı. O, işığın fasiləsizliyi təsəvvürü əvəzinə işıq ′′zərrəcikləri′′ – fotonlar anlayışını irəli sürdü. Eynşteynin təbirincə, işıq – fiziki cəhətdən energetik zərrəciklər, yəni işıq kvantları ilə fəzada yayılan dalğa hadisəsidir. Bu fikir çox in- qilabi olduğuna görə onu hətta kvantlaşma ideyasının müəllifi Plank belə qəbul etmədi. O, Eynşteynin fantaziya və ehtikarlıq yolu seçdiyini bildirdi. Kütlənin diskretliyi ilə yanaşı işıq enerjisinin də diskret- liyi sübut olunduğu bir vaxtda Nils Bor 1913-cü ildə atom üçün yeni model təklif etdi. Burada Eynşteynin mülahizələrinin köməyi ilə atomun Rezerford modelinin uyğunsuzluğu ay- dınlaşdırıldı. Atom ətrafında diskret orbitlərdə elektron fırlanan müsbət nüvədən ibarətdir. Kvant mexanikasının banilərindən olan Heyzenberq he- sab edirdi ki, bir halda ki, bütün atom və molekullar nüvədən və elektronlardan ibarətdir, deməli kvant mexanikasının əsas tənlikləri kimyanı tam əks etdirməlidir.
Nüvənin əsas xarakteristikası