Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstü. Büstün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.

Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda İkinci Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir.

Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi. Nefertiti həm gözəlliyi, həm də bacarıqlı olması ilə tanınır. Büstün Misirə gedir qaytarılması məsələsində Almaniya ilə Misir arasında problemlər yaşandı. Nefertitinin Bədəni adlı incəsənət sərgisində büstün originallığı ilə bağlı bəzi şübhələr yarandı. Bəzi önəmli testlər və büst üzərində analizlər aparıldıqdan sonra büstün original olduğu bildirildi.

Tarix

Arxa plan thumb|230px|"Ev qurbangahı" (e.ə. 1350-ci il) Exnaton, Nefertiti və üç qızları təsvir edilir. Nefertiti büstdə təsvir olunduğu kimi tac taxır. Nefertiti e.ə. XIV əsrdə Qədim Misirdə on səkkizinci sülalənin fironu olan Exnatonun Böyük Həyat Yoldaşı (əsas həyat yoldaşı) idi. Exnaton Günəş tanrısı Atona ibadət edilən monoteist Atonizm dininin əsasını qoydu. Nefertiti haqqında çox az məlumat var. Nəzəriyyələrə görə o Misir hökmdar ailəsində doğula bilər, xarici dövlətin şahzadəsi ola bilər və ya Tutanhamondan əvvəl firon olan II Eyenin qızı ola bilərdi. Onun e.ə. 1352-ci ildən e.ə. 1336-cı ilə qədər Exnaton ilə birlikdə Misirə rəhbərlik etməsi ilə bağlı fikirlər də vardır. Nefertiti və Exnatonun 6 qızı olur. Bunlardan biri də Anxesenpaaton (Aton mədəniyyətinin dağıdılmasından sonra Anxesenamon adlandırıldı) idi və o, Nefertitinin ögey oğlu olan Tutanhamonla evlənmişdi. Nefertitinin izlərinin Exnatonun hökmdarlığının 12-ci ilində tarixdən silindiyi düşünülür. Bunun səbəbinin onun ölümü və ya ad dəyişdirməsi olduğu dəqiq bilinmir. Fironun ölümündən sonra tək başına hökmdarlıq edən qadın ola biləcəyi ilə bağlı fikirlər də vardır.Silverman, Wegner, Wegner pp.130–33 Lakin Dayr Abu Hinnisdə tapılan əhəng daşı üzərindəki kitabədən, Nefertitinin fironun hökmdarlığının 16-cı ilinə qədər həyatda olduğu öyrənilmişdir.Athena van der Perre, The Year 16 graffito of Akhenaten in Dayr Abū Ḥinnis. A Contribution to the Study of the Later Years of Nefertiti, Journal of Egyptian History (JEH) 7 (2014), s.67–108 Dayr Abu Hinnis Nilin şərq sahilində, Amarnada təxminən on kilometr şimalda yerləşir.

Nefertitinin büstünün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən hazırlandığı düşünülür. Büstün üzərində hər hansısa bir yazı olmasa da , "Ev qurbangahı" kimi tapılan təsvirlərdə taxtılan tacdan bu büstün Nefertitiyə aid olduğu fikri qəbul edilmişdir.

Tapılması thumb|left|Nefertitinin büstü Nefertitinin büstü, alman arxeoloq Ludviq Borxardtın rəhbərliyindəki Alman Şərq Şirkəti (Deutsche Orient-Gesellschaft — DOG) tərəfindən 1912-ci il 6 dekabrda Amarnada tapıldı. Büst heykəltaraş Tutmosun atelyesində Nefertitinin tamamlanmamış büstlərinin arasında tapıldı.Siehr p.115 Borxardtın gündəliyi büstün tapılma anını belə təmsil edir:

Alman Şərq Şirkətinin arxivində tapılan 1924-cü il tarixli bir sənəddə, Almaniya ilə Misir arasındakı 1912-ci il arxeoloji problemləri həll etmək üçün, 1913-cü il 20 yanvarda Ludviq Borxardt ilə misirli bir nümayəndənin görüşdüyü bildirilir. Alman Şərq Şirkətinin (toplantıda olan və sənədi yazan) katibinin yazılarına əsasən Borxardt büstün Almaniyada qalması üçün çalışır. Borxardt büstün həqiqi dəyərini gizlətdiyini düşünsə də, onun Misirə qaytarılmasını təklifini rədd edir.Berger p. 288

Filip Vandenberq büstü "macərapərəst və müqayisədən kənar" abidə kimi qiymətləndirsə dəBreger s. 286, Time jurnalı abidəni "Ən çox talan edilmiş 10 abidə" siyasını daxil edir. Borxardt, misirli nümayəndəyə büstün "bütün işığını əks etdirməyən" şəklini göstərir. Misirin antik əşyalar üzrə baş müfəttişi Qustav Lefebvre büstə baxmaq üçün gəldikdə, büst qutunun içinə qoyulmuşdu. Sənəddə qeyd olunurki, Borxardt Qustav Lefebvreni aldatmaq üçün ona büstün gipsdən hazırlandığını bildirir. Alman Şərq Şirkəti müfəttişin məsuliyyətsiz davrandığını bildirir və bu məsələdə müfəttişi günahlandırırdı.

Açıqlama və araşdırmalar Nefertitinin büstünün hündürlüyü 48 sm, ağırlığı isə təxminən 20 kq-dır. Büst əhəng daşı və rənglənmiş stukko lövhələrdən hazırlanmışdır. Üz tamamən simmetrikdir və demək olar ki dəyişikliyə məruz qalmayıb, sadəcə sol gözün bəbəyi sağdan fərqli olaraq yoxdur. Sağ gözün bəbəyi qara rəngli kvarsdır və bal mumu ilə bərkidilmişdir. Göz yuvasının arxa fonu isə sadə əhəng daşından hazırlanmışdır. Nefertiti qızıl diadem zolaq ilə əhatə olunmuş və qaşlarının üzərində Urey (kobra) olan və "Nefertitinin papaq tacı" adlandırılan göy rəngli tac taxmışdır. Tapılan büst üzərində araşdırma aparan alimlər Ureyin büstdə qeyd olunduğunu, lakin sonradan qırıldığını bildirirlər. O, həmçinin üzərində çiçək təsvirləri olan geniş bir yaxalıq da geyinirdi. Büstün qulaqları da müəyyən qədər dağıntıya məruz qalmışdır. iGardner's Art Through the Aesi adlı jurnalda bildirilir ki:

David Silvermana görə, Nefertitinin büstü, Exnaton zamanında yaradılan Amarna sənət stili çərçivəsində, klassik Misir sənət stilini təmsil edir. Büstün tam olaraq hansı məqsədlə hazırlanması naməlumdur. Belə bir fikir vardır ki, büst, heykəltaraşın atelyesində saxlanılan digər büstlərin hazırlanması üçün təməl rolunu oynamışdır.

Rənglər Lüdviq Borxardt başın rəng piqmentlərinin kimyəvi analizini aparır. Borxardt, analizlərin cavablarını öyrəndikdən sonra, 1923-cü il "Portrait of Queen Nofretete" adlı kitab çap etdirir: Mavi: mis oksid ilə rənglənmiş toz halında frit Dəri rəngi (açıq qırmızı): qırmızı təbaşir ilə rənglənmiş toz halında əhəng Sarı: auripiqment Yaşıl: mis və dəmir oksidlə rənglənmiş, toz halında frit Qara: daş kömür, bərkitmək üçün bal mumundan istifadə olunmuşdur Ağ: təbaşir

İtmiş sol göz Büst ilk dəfə tapıldığında sağ gözdən fərqli olaraq, sol gözün bəbəyi yox idi və ətrafda ona bənzəyə biləcək hər-hansısa bir kvarsa rast gəlinməmişdi. Bundan sonra bir neçə araşdırılma aparılsa da, kvarsın tapılmasında kömək üçün mükafat vəd edilsə də, bu kvarsı tapmaq mümkün olmamışdı. Borxardt, heykəltaraş Tutmosun atelyesi dağılan zaman sol gözün kvarsının düşdüyü fikrini dəstəkləyirdi.Joyce A. Tyldesley, Nefertiti: Egypt's sun queen, Viking, 1999, p.196. İtmiş göz, Nefertitinin oftalmoloji bir xəstəliyə yoluxduğu və xəstəlik nəticəsində gözünü itirdiyi düşüncəsinin yaranmasına səbəb oldu, lakin digər heykəllərdə sol gözün olması bu düşüncənin həqiqətə uyğun olmadığını sübut etdi.Fred Gladstone Bratton, A history of Egyptian archaeology, Hale, 1968, s.223

Dietrix Vildunq, büstün hal-hazırda Berlində olan digər bütün heykəllər üçün əsas model rolu oynadığını və Tutmosun sol gözü hazırlanmasını, gözün hazırlanma qaydasını tələbələrinə rahat öyrətmək üçün saxlaması fikrini dəstəkləyir. Gardner's Art Through the Ages və Silverman, büstün hazırlanmasının bilərəkdən dayandırılması fikrini dəstəkləyirlər.Silverman, Wegner, Wegner səh. 21, 113 Havas, Tutmosun sol gözü hazırladığını, lakin sonralar gözün düşdüyü fikrini dəstəkləyir.

Kompüter tomoqrafiyası Büstün hər 5 mm kəsişmələrinin çıxarılması ilə birlikdə, büstün ilk kompüter tomoqrafiyası 1992-ci ildə çəkildi. 2006-cı ildə, Berlin Misir Muzeyinin rəhbəri Dietrix Vildunq, Qədim Muzeydə büst üzərində fərqli işıq metodlarını yoxlayarkən, büstün gözlərinin altında və boynunda qırışların olduğunu görür. Dietrix Vildunqa görə, heykəltaraş burada Nefertitinin yaşlılığına diqqət çəkmək istəmişdir. Kompüter tomoqrafiyası, Vildunqun fikirlərini dəstəklədi. Vildunq bildirirki, Tutmos heykəli mükəmməlləşdirmək üçün, heykəlin yanaqlarında və gözlərində gipsdən istifadə etmişdi.

2006-cı ildə Berlin Şəkilləndirmə Elmi İnstitunun rəhbəri Aleksandr Huppertz rəhbərliyindəki kompüter tomoqrafiyası büstün üz hissəsində qırış izləri aşkar etdi. 2009-cu ilin aprelində nəticələr Radiology jurnalında dərc edilir. Tomoqrafiya, Tutmosun əhəng daşının üzərinə müxtəlif qalınlıqlarda təbəqələr yerləşdirdiyini üzə çıxartdı. Tomoqrafiya nəticəsində ağzının və yanaqlarının ətrafında qırışlar, burun hissəsində isə şişmə izləri aşkarlanır. Burun hissəsindəki qıvrımlar xaricdən əlavə edilən təbəqələr vasitəsilə nizamlanmışdır. Huppertzə görə, bu "dövrün estetik ideyaları"nı əks etdirirdi. 1992-ci ildə çəkilən kompüter tomoqrafiyası stukko altındakı qatın sadəcə 1–2 mm incəliklərini göstərə bildiyi halda, 2006-cı ildə çəkilən tomoqrafiya ondan daha ətraflı məlumat vermişdi.

Sonrakı tarix Nefertitinin büstü "qədim Misirin ən çox bəyənilən və ən çox surəti çıxarılmış sənət nümunəsi" kimi qəbul edildi və Berlin muzeyində sərgilənməyə başladı. Büst "beynəlxalq gözəllik simvolu" kimi qəbul edildi. "Uzun boğaz, zərif qaşlar, gözəl almacıq sümükləri, incə burun və qırmızı dodaqları və əsrarəngiz gülümsəməsi ilə bir qadının təsvir edilməsi, Nefertitini antik dövrün ən gözəl simalarından biri kimi qəbul edilməsinə səbəb oldu. Tutanhamonun maskası ilə müqayisə edilən büst qədim dövr incəsənətinin ən məşhur əsərlərindən biri kimi qəbul edildi. Nefertiti Berlin mədəniyyətinin ikonasına çevrildi. Hər il 500000 insan Nefertitini ziyarət edir. Büst, "qədim Misirin, qədim dövrlərdən bəri bilinən ən yaxşı incəsənət nümunəsi" kimi qəbul edilir.Siehr p.114 Büstün təsviri, 1989-cu il alman və Berlin poçt markalarında istifadə olundu.

Almaniyada yerləşmə thumb|Nefertitinin büstü Berlin, Yeni muzeydə sərgilənir

Nefertitinin büstü, 1913-cü ildə Berlinə gətirilib, Amarna tədqiqatının sponsoru olan Ceyms Simona təqdim edilən tarixdən etibarən Almaniyada saxlanılır. Büst və digər nümunələr Simon tərəfindən Berlin muzeyinə təqdim edilənə qədər, büst Simonun evində saxlanılırdı. Amarnadan aşkar olunan digər nümunələr 1913–1914-cü illərdə sərgilənsə də, büst Borxardtın tələbi əsasında gizli saxlanılırdı. 1918-ci ildə Muzeydə büstün sərgilənməsi barədə müzakirələr getdiyi halda, bir daha Borxardtın təklifi əsasında büst gizli saxlanıldı. Büst, 1920-ci ildə Berlin muzeyinə bağışlanıldı. Nəhayət, 1923-cü ildə Borxardtın məqaləsində, daha sonra isə 1924-cü ildə Berlin Misir Muzeyinin bir parçası olaraq, nümayiş etdirildi. Büstün nümayiş olunması, sensasiyalara səbəb oldu. Beləki, büst artıq qadın gözəlliyinin məşhur simvolu və Qədim Misirin ən gözəl incəsənət nümunəsi kimi qəbul edilməyə başlanıldı. Muzey Adasındakı Berlin Yeni Muzeyi bağlanana qədər büst orada sərgiləndi, İkinci Dünya müharibəsi başlananda isə Berlin muzeyi boşaldıldı və bütün nümunələr sığınacaqlara yerləşdirildi. Büst, öncə Prussiya Hökumət Bankının zirzəmisində, 1941-ci ilin payızından etibarən isə Berlin hava hücumundan müdafiə sığınacağının qülləsində saxlanılmışdı. Yeni muzey 1943-cü ildə Kral Hərbi Hava Qüvvələri tərəfindən bombalanır. 1945-ci il 6 martda büst Türingiyada yerləşən Merkers-Kizelbax duz mədəninə gətirilir.