Zəhra Məmməd qızı Salayeva () — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963), professor (1967), Azərbaycan Əməkdar Elm Xadimi (1981).

Həyatı Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur.

1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir.

1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur.

3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir.

SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur.

28 noyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Əsərləri Nevropatologiyadan praktikum (dərslik), B., 1962; Beyin qan-damar xəstəlikləri, B., 1964; Neyrogenetika (dərslik), B., 1977; Sinir xəstəlikləri, B., 1982; Qemorraqiçeskiy gnüefalit v Azerbaydcane, B., 1968.

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları