Qir və Karzin şəhristanı— İranın Fars ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Qir şəhəridir.

Əhalisi 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 61,432 nəfər və 13,246 ailədən ibarət idi. Milli tərkibi Qir və Karzin bölgəsinin əhalisi Qaşqay türkləri və Taciklərdən ibarətdir. Qaşqay türkləri Efzər, Hingam, Zaxəruiyyə dehistanları, Qir şəhərinin güneyindəki məhəllələr (Musullular) və Mübarəkabad dehistanın Aşağı Bəndbəst kəndində yaşayırlar.

İstinadlar

Kateqoriya:Fars ostanının şəhristanları