Oldenburq sülaləsi (; ) — Avropanın alman mənşəli monarx ailəsi. Danimarka, İslandiya, Yunanıstan, Norveç, Rusiya, İsveç, Şlezviq, Holşteyn və Oldenburqu idarə edən bu ailə, xüsusilə də XV əsrdən etibarən Danimarkada möhkəmlənmişdir. Hazırda Birləşmiş krallığının taxt sırasındakı 10 namizədiylə yanaşı, hazırkı Danimarka kraliçası (II Marqrete), Norveç kralı (V Harald), sabiq Yunanıstan kralı (II Konstantin) və Böyük Britaniyanın son kral-konsortu (Filip Mauntbetten) da bu sülalənin Glüksburq qolunun oğul şəcərəsinə mənsubdur.
Sülalənin əsası Oldenburq qrafı I Xristianın 1448-ci ildə Danimarka, 1450-ci ildə Norveç və 1457-ci ildə İsveç taxtını ələ keçirməsiylə qoyuldu. Ailə o illərdən bəri Danimarkadakı hakimiyyəti əlində saxlayır.
Ailənin nəsil ağacı
Mənbə
Genealogisches Handbuch des Adels, Fürstliche Häuser, Band XVI, "Haus Holstein". C.A. Starke Verlag, 2001, pp. 44–50 (in German). ISBN 3-7980-0824-8 Burke's Royal Families of the World, p. 60. ISBN 0-85011-023-8 Genealogisches Handbuch des Adels, Fürstliche Häuser, Band XVII, "Oldenburg". C.A. Starke Verlag, 2004, pp. 44–50 (in German). ISBN 9783798008335
Kateqoriya:Almaniya soyları Kateqoriya:Sülalələr Kateqoriya:Avropanın kral sülalələri Kateqoriya:IX əsrdə yarananlar Kateqoriya:Almaniya zadəgan ailələri