Məzmun Bərdə rayonunda bir kolxoz var. Bu kolxoz təşkil olunandan yerli camaat iki sədr tanıyır-ata və oğul. Ata kolxozu təşkil edib, ayağa qaldırıb. Oğul isə bu gün yaxşı qurulmuş kolxoza rəhbərlik edir. Ata və oğul Ağayevlər xalq inamı və əmək şöhrəti estafetini bir-birinə təhvil vermişlər.
Film oğul Hüseyn Ağayevə həsr olunmuşdur. Artıq 25 ildir ki, o çoxsahəli təsərrüfata rəhbərlik edir Torpaq da bu müdrik və təcrübəli insana özünün bütün varını bəxş edir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov
Kateqoriya:Bərdə haqqında filmlər Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər