Məzmun Film Azərbaycanın görkəmli heykəltəraşı İbrahim Zeynalova həsr olunmuşdur. Kinolentdə onun yaradıcılığından, Azərbaycanın müxtəlif şəhərlərində ucaltdığı abidələrdən söhbət açılır.

Böyük sənətkarın qranit daşlardan yonduğu əsərləri, bu gün təkcə Azərbaycanın deyil, Sovet İttifaqının bir sıra şəhərlərinin, o cümlədən Moskvanın memarlıq tarixinin ən qiymətli səhifələrini təşkil edir.

Filmin heyəti

Filmin üzərində işləyənlər Rejissor: Elxan Qasımov Ssenari müəllifi: Emil Ağayev, Cəmil Əlibəyov, Rasim Ağayev Operator: Vladimir Konyagin, Köçəri Məmmədov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.

Kateqoriya:1981-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:İbrahim Zeynalov haqqında filmlər