Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörəkAzərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh. 698..

Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz.

Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmırArif Mustafayev, Azərbaycanın maddi mədəniyyət tarixi. "Bakı Universiteti" nəşriyyatı, Bakı-2009, səh. 177..

İstinadlar

Xarici keçidlər Qoyun-quzu, mal-qara tərəkəmənin əlifbasıdır

Kateqoriya:Süd məhsulları Kateqoriya:Azərbaycan mətbəxi