Lusaka () — Zambiyanın paytaxtı, onun siyasi, iqtisadi və mədəni mərkəzi.
Əhalisi — 1 451 145 nəfər (2010-cu il).
Əhali, dil, din Lusaka Zambiyanın ən iri şəhəridir. Etnik tərkibi müxtəlifdir, əsasən bantu dil qrupuna daxil olan xalqlar - bamba, tonqa, lozi, nyanca, malavi, nyandaka və s. xalqlar yaşayır. Az sayda Avropa xalqlarının nümayəndələri də yaşayır.
Rəsmi dil ingilis dilidir. Məişət səviyyəsində bantu dillərində danışılır.
Əhalinin böyük hissəsi ənənəvi dinlərə sitayiş edir, həmçinin katolik və protestant olan xristianlara da rast gəlinir.
İstinadlar
Xarici keçidlər
Lusaka administrasiyasının rəsmi saytı Lusaka turist serveri
Kateqoriya:Zambiya şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər