Ratt — 1983-cü ildə Robb Crosby (gitara) və Stephen Pearcy (vokal) tərəfindən qurulmuş və daha sonra gitarist Warren DeMartini, bas gitarist Juan Croucier və vurma alət ifaçısı Bobby Blotzer'in də iştirakı ilə tam heyət olaraq qrupla eyni adı daşıyan ilk albomlarını çıxarmışdılar. 1984-cü ildə çıxardıqları "Out of the Cellar" albomu ticari olaraq böyük müvəffəqiyyət qazanmış və Billboard siyahısında 7-ci sıraya qədər yüksəlmişdir. 1985-ci ildə çıxan "Invasion of Your Privacy", 1986-cı ildə çıxan "Dancing Undercover" və 1988-ci ildəki "Reach for the Sky" eyni müvəffəqiyyəti davam etdirmiş və Ratt-i konsertlərdə headliner səviyyəsinə çıxarmışdır. Ancaq 1990-cı il tarixli "Detonator", əvvəlki albomlar kimi müvəffəqiyyət əldə etməmiş və sonunda qrup 1992-ci ildə dağılmışdır.
Qrup 1997-ci ildə Crosby'siz olaraq təkrar bir araya gəldi və "Collage" və 1999-cu ildə də ikinci "Ratt" albomlarını çıxardı amma çox yaxşı bir müvəffəqiyyət əldə edə bilmədi.
Diskoqrafiya
Studiya albomları 1983 — Ratt (EP) 1984 — Out of the Cellar 1985 — Invasion of Your Privacy 1986 — Dancing Undercover 1988 — Reach for the Sky 1990 — Detonator 1987 — Collage (yığma albom) 1999 — Ratt 2010 — Infestation
Kateqoriya:ABŞ musiqi qrupları Kateqoriya:1976-cı ildə yaranan musiqi qrupları Kateqoriya:Kaliforniya musiqi qrupları Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:Kvintetlər