Əli Nizami oğlu Hacızadə () — siyasi analitik, iş adamı.
Həyatı Əli Hacızadə 26 fevral 1984-cü ildə Bakı şəhərində anadan olub, 2000-ci ildə Bakı şəhərində 8 saylı orta məktəbi, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirib. 2005–2006-cı illərdə hərbi xidmətdə olub.
Fəaliyyəti Əli Hacızadə Yaxın Şərq mövzusunda bir çox məqalə, analiz və ekspert rəyinin müəllifidir. Onun yazı, analiz, müsahibə və ekspert rəylərinə, Azərbaycan, Türkiyə, ABŞ, İsrail, Çin, Rusiya, Ərəb və Avropa KİV-lərində rast gəlmək mümkündür. Hacızadənin həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair analiz və yazıları mövcuddur. Əli Hacızadənin regiondakı vəziyyət haqqında analitik proqnozlarına Britaniyanın "The Times" və ABŞ-nin "The Wall Street Journal" kimi nüfuzlu dərgiləri istinad edir.
Əli Hacızadə yazı və çıxışlarında informasiya müharibəsinə və müasir dünyada Hibrid müharibə taktikalarına geniş yer verir. Hibrid Müharibələrin və informasiya müharibələrinin, habelə onların taktikalarının təhlili və araşdırılması Hacızadənin yayımladığı bir çox analiz və etdiyi bir çox çıxışlarının əsas mövzusunu təşkil edir.
2015-ci ildə Əli Hacızadə Böyük Yaxın Şərq regionunun tədqiqi və təhlilinə həsr olunmuş “The Greater Middle East” layihəsini işə salıb. Layihəyənin işində bir sıra tanınmış beynəlxalq ekspertlər yer aldılar. Hacızadə 2021-ci ilin sonlarında layihədən ayrıldı.
2018–19 cu illərdə Əli Hacızadə ərəb dünyasının nüfuzlu KİV-lərindən biri olan Al-Arabiyada köşə yazarı kimi öz yazı və analizlərini dərc etdirib. Burada da əsas mövzunu İranın Yaxın Şərq regionunda apardığı Hibrid müharibə təşkil edib.
Əli Hacızadə 2012-ci ildə təsis etdiyi "Hajizade Group" şirkətinin sahibi və rəhbəridir. Qrupa daxil olan şirkətlər ictimaiyyətlə əlaqələr və media sektorlarında fəaliyyət göstərir. Azərbaycanın aparıcı xəbər saytı tərəfindən aparılan bazar araşdırmasına görə, 2023-cü ilin fəaliyyət nəticələrinə əsasən, Hajizade Group ölkənin ən böyük ictimaiyyətlə əlaqələr şirkəti kimi tanınıb. Ümumilikdə Hacızadə iki İctimaiyyətlə əlaqələr sahəsində çalışan şirkətin sahibidr, digər şirkəti ABŞ paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən Sawol Communications şirkətidir. Həmçinin Əli Hacızadə Amerika İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının və London mərkəzli, beynəlxalq İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Assosiasiyasının üzvüdür.
2022-ci ilin payızında Əli Hacızadə Vaşinqtonda yerləşən Ramsfeld Fondunun Mərkəzi Asiya-Qafqaz Proqramına Azərbaycanı təmsil edən iştirakçı (fellow) kimi seçilib və iştirak edib.
Vikipediyanın Azərbaycan, rus və fransız dilindəki bölmələrində çoxsaylı redaktələri vardır.
Kitabı Əli Hacızadə "1915 — Osmanlı Dosyesi" () tədqiqat əsərinin müəllifidir. Əsər, 20 aprel 2015-ci ildə təqdim edilib. Əsərdə Birinci Dünya müharibəsi zamanı, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən, habelə ondan sonrakı dövrləri əhatə edən hadisə və proseslər, Erməni soyqırımı ilə bağlı mənbələr və səsləndirilən fikirlər tədqiq olunub.Ermeni diasporasına bir belgeli cevapta Azerbaycan'dan! , turkiyegazetesi.com.tr, İstifadə tarixi: 6 noyabr 2015"1915 Osmanlı dosyesi" kitabının təqdimatı keçirilib , APA, 20 aprel 2015, İstifadə tarixi: 6 may 2015 Ümumilikdə kitab 13 bölmədən ibarətdir.
Mükafatları Əli Hacızadə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
22 noyabr 2025-ci ildə Bakıda "BEST OF CITY AWARDS 2025" mükafatçıları arasında Əli Hacızadə də olub və ABŞ, Azərbaycan və BƏƏ İctimaiyyətlə Əlaqələr sahəsində fəaliyyətinə görə "İlin PR Mütəxəssisi" adını alıb.
2025-ci ilin dekabrında, Bakıda keçirilən Millionaire Concept mükafatlandırma mərasimində, Əli Hacızadə, "İctimaiyyətlə Əlaqələr Sahəsində Transformativ Töhfəsinə" görə mükafatlandırılır.
İstinadlar
Xarici keçidlər
Twitter hesabı — twitter.com/AHajizade Rəsmi Facebook səhifəsi — AliHajizadeofficial Şəxsi saytı — www.alihajizade.com
Kateqoriya:Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunları Kateqoriya:Azərbaycan politoloqları Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:XXI əsr jurnalistləri