Məzmun Tamaşada poçtalyon (Hacı İsmayılov) Alfred Hiçkokun filmlərinə baxan Kazıma (Yaşar Nuriyev), kompüter ilə fala baxan Zəhraya (Afaq Bəşirqızı), oyuncaq düzəldən Qəribə (Məbud Məhərrəmov), rejissor Cahangirə (Cahangir Novruzov), polis rəisi Seyfullaya (Səyavuş Aslan) içində əjdaha başı olan bağlama çatdırır və hər birinə zəng edərək əjdaha başı ilə məktubda qeyd olunan ünvana gəlməsini tələb edir. Əjdaha başı ilə bərabər çağırılan ünvana gələnlər başa düşür ki, əslində onların qohumu olan "poçtalyon" çoxdandır bir-birilərini görməyən qonaqları bir yerə yığıb və il əjdaha üzərində təhvil verildiyindən bağlamalarda əjdaha başı yerləşdirilib. Əjdaha başlarını divardakı illustirasiyaya sancan "poçtalyon" Qafar "Başsız bədən bir işə yaramaz" deyir və qonaqları bayram süfrəsinə qonaq edir. Tamaşanın ana fikri qohumluq münasibətlərinə diqqətin artırılmasıdır.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Vaqif Səmədoğlu Quruluşçu rejissorlar: Ramiz Həsənoğlu, Tariyel Vəliyev Quruluşçu operator: Eldar Məmmədov Quruluşçu rəssam: Rəfael Əsədov Bəstəkar: Cavanşir Quliyev Rəssamlar: İmran Nurəliyev, Azər Cəbrayılov Foto rəssamı: Ərdəşir Məhərrəmov Quruluş hissə müdiri: İlyas İsmayılov Dekorçular: Fərhad Mayılov, Əliağa Xəlilov, Adil Bağırov Quraşdırıcılar: Akif Cəfərov, Mixail Beloqlazov, Vamiq Hüseynov (Vamik Hüseynov kimi)
Rollarda Səyavuş Aslan — Seyfulla Yaşar Nuri — Kazım Cahangir Novruzov — Cahangir Afaq Bəşirqızı — Zəhra Hacı İsmayılov — Qafar Sədaqət Dadaşova — Kazımın arvadı Məbud Məhərrəmov — Qərib Telman Adıgözəlov Nuriyyə Əhmədova Larisa Vinoqradova Ramiz Məmmədov Ələsgər Məmmədoğlu Adışirin Bağırov — milis işçisi Ələkbər Hüseynov Ramiz Həsənoğlu (R.Drazi kimi) Tariyel Vəliyev (T.Vəli kimi)
Həmçinin bax Yaşıl eynəkli adam-2 Yaşıl eynəkli adam-3
İstinadlar
Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Ramiz Həsənoğlunun filmləri Kateqoriya:Tariyel Vəliyevin filmləri