Paramaribo () — Surinamın paytaxtı, ən böyük şəhəri və portu. 2002-ci ildən şəhərin tarixi mərkəzi Ümumdünya sərvəti elan edilib.

Coğrafi şəraiti Paramaribo Surinam çayının sahilində, onun Atlantik okeana tökülən yerin 20 kilometrliyində yerləşir. İqlimi subkontinentaldır, ilboyu temperaturu +23 — +31 arası dəyişir. İlin 200 günü yağışlıdır, yağış mövsümü aprel ayından iyul ayına qədər davam edir.

Əhalisi, dil və din Paramaribonun əhalisi 250 min nəfərdir, təbii artım latın Amerikası üzrə ən aşağı göstəricidir. Şəhər əhalisi XIX əsrdə bura gəlmiş hindlilər (33 %), kreollar (30 %), indoneziyalılar (15 %), zəncilər (10 %), hindular (2 %), çinlilər (2 %), avropalılardır (1 %). Rəsmi dil holland dilidr, ancaq əhalinin çoxu sranan-tonqo (və ya neqro-inqliş) — dəyişilmiş ingilis dili dialektində danışır. Əhali arasında induizm, xristianlıq, islam, iudaizm və konfusianizm geniş yayılıb.

Tarixi inkişafı Paramaribo 1640-cı ildə fransızlar tərəfindən salınıb. Şəhərin adı tupi-quarani dilində "böyük suyun sakinləri" deməkdir. 1667-ci ildə şəhər bütün Sutinam ərazisi ilə birlikdə Niderland və Böyük Britaniya arasında müqaviləyə əsasən Niderlandın hakimiyyətinə keçir. Ərazi Şimali Amerikadakı Nyu-York ərazisi əvəzinə verilmişdi. 1954-cü ildən Niderland Krallığı tərkibində muxtar dövlıətin inzibati mərkəzidir. 1975-ci ildən müstəqil Surinam Respublikası elan edilmişdir.

Mədəni əhəmiyyəti Paytaxtda 1968-ci ildə təsis edilmiş yeganə universitet yerləşir, şəhərdə milli muzey də vardır.

Mədəni sərvəri Keyzerstrart məscədi

İdman

İdman qurğuları Franklin Essed stadionu Andre Kampervin stadionu

Mənbə Paramaribonun xəritəsi berclo.net www.galenfrysinger.com

Kateqoriya:Surinam Kateqoriya:Cənubi Amerika dövlətlərinin paytaxtları Kateqoriya:Surinam şəhərləri