Pəri qızın təəccübü () - Eduard Mane tərəfindən 1859 - 1861-ci illərdə çəkilmiş tablo.

Təsviri Bu əsərdə meşəlik ərazidə, gölün kənarında oturan və təəccüblə tamaşaçıya baxan gənc qadın təsvir olunub. Onun sol ayağının yaxınlığında mavi süsən bitkisi görünür. Qadının üzərində boynundakı ağ mirvarilərdən və çeçələ barmağındakı üzükdən başqa heç nə yoxdur. Nimfanın baxışları təəccüblü və utancaqdır. Sanki o, tamaşaçının ona baxdığını, şəxsi məkanına müdaxilə etdiyini görüb və tamaşaçının onu narahat etdiyini bildirmək istəyir.Farwell, Beatrice (April 1975). "Manet's 'Nymphe Surprise'". The Burlington Magazine. 117 (865). The Burlington Magazine Publications Ltd.: 224–227, 229.

İstinadlar Kateqoriya:Eduard Manenin rəsm əsərləri Kateqoriya:1859-cu ildə yarananlar Kateqoriya:Qadın portretləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:1860-cı illərin rəsm əsərləri Kateqoriya:Mifologiya rəsmləri Kateqoriya:Nü incəsənət