Sigur Ros — İslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigurros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb.
Albomları "Von" və "Von brigði" Qrup ilk albomu olan "Von"u (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan "Von brigði" gəldi.
"Ágætis byrjun" 1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. "Ágætis byrjun" albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı.
"Rímur" 2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı. EP əsasən musiqili şeir janrında idi.
"()" Qrupda zərb alətlərində ifa edən Ágúst Ævar Gunnarsson qrupu tərk etdikdən sonra 2004-cü ildə yayımlanan bu () adlı albom da bir çox filmlər üçün saundtrek qaynağı oldu. Qrupun ilk albomu 2004-cü ildə həm də Avropa və Amerikada satılmağa başladı.
Sonrakı albomlar Qrup hər il məşhurluğunu artıraraq hər dəfə fərqli albomları yayımlamağa davam etdi. Ən son albom olan Valtari 23 may 2012-ci ildə işıq üzü görüb.
Diskoqrafiya AdıTarixTərcüməsiŞəkliVon1997ÜmidÁgætis byrjun1999Yaxşı başlanğıc()2002()Takk...2005TəşəkkürlərMeð suð í eyrum við spilum endalaust2008Qulaqlarızdakı uğultu ilə sonsuzadək ifa edirikValtari2012Asfaltçəkən maşınKveikur2013Átta2023
Kateqoriya:İslandiya musiqi qrupları Kateqoriya:1994-cü ildə yaranan musiqi qrupları Kateqoriya:Şuqeyzinq Kateqoriya:Kvartetlər Kateqoriya:Art-pop musiqiçiləri