thumb|right|400px|E.ə. 323-cü ildə massagetlərin Mərkəzi Asiyada yaşadığı ərazi.

MassagetlərМассагеты. // БРЭ. — М., 2011. Т. 19. (, ) — Mərkəzi Asiya çöllərində məskunlaşmış və daha geniş skif mədəniyyətlərinin bir hissəsi olmuş qədim köçəri xalq.

Mənşə Massagetlərin mənşəyini qəti şəkildə ortaya qoyan tapıntılar olmasa da, iki mühüm yanaşma var.

Massagetlərin İrandilli xalqlardan olması haqqında bir çox fərziyyələr də vardır.Grousset, René. The Empire of the Steppes. Rutgers University Press, 1989, ISBN 0-8135-1304-9, s.547.Gershevitch, I.; Fisher, William Bayne; Boyle, John Andrew; Yarshater, Ehsan; Frye, Richard Nelson (1968). The Cambridge History of Iran. Cambridge University Press. p. 48. ISBN 9780521200912. Digər tərəfdən, bəzi türkiyəli alimlər onların qədim türklərdən (prototürk) ibarət və qədim türklər ilə əlaqəli olduqlarına dair fikirlər və iddialar var.DURMUŞ, İ . "MASSAGETLER". Bilig (1996 ): 86-91MEMİŞ, Ekrem 1987 İskitlerin Tarihi. Konya Selçuk Üniversitesi Yayınları,s, 9-16TOGAN, A. ZekiVelidi 1987 "Sakalar (VI)", Belgelerle Türk Tarihi Dergisi. 23, 29- 34.BAKIR, A , ŞENOL, F . "AZERBAYCAN'IN GÖZBEBEĞİ BAKÜ ŞEHRİNE GENEL BİR BAKIŞ (ESKİ ÇAĞLARDAN ORTA ÇAĞ’IN SONUNA KADAR)". Genel Türk Tarihi Araştırmaları Dergisi 2 (2020 ): 87-122Türkler, Cilt: 1 İLK ÇAĞ. YENİ TÜRKİYE YAYINLARI 2002 ANKARA. S: 963-970Massagettai",HERRMANN, Albert 1930 “Massagettai”, Paulys Real Encyclopâdie der Classischen Altertumsvrissenschaft XIV,2,2123-2129 Bundan başqa, İrandilli icmaların üstünlük təşkil etdiyi konfederasiya olması haqqında iddialar da var. Əldə edilən mənbələrlə turanlı elementləri də eyniləşdirilir.Wilcox, Peter. Rome's Enemies: Parthians and Sassanids. Osprey Publishing, 1986, , p. 9-15

Ərazi Qədim yunan mənbələrində Xəzər dənizinin şərq sahillərində Amudərya və Sırdərya çayları arasındakı ərazidə yaşamış xalq kimi təsvir edilmişdir.İlyas Kara: Fedâi, Çatı Kitapları, 2008, s.17 The Turks. Volume 1: Early Ages. Part 3: Old nomads of the steppes: Scythian age in Eurasia. Prof. Dr. A. Chay — Prof. Dr. I. Durmus, Scythians, Yeni Türkiye, Ankara 2002, S.147–166 , ISBN 975-6782-56-0İbrahim Ateş, Sadi Bayram, Mehmet Narince: 10. Vakıf Haftası, Vakıflar Genel Müdürlüğü Yayınları, 1993, s.147Ümit Hassan, Sina Akşin: Türkiye tarihi: Osmanlı devletine kadar Türkler, Cem Yayınevi, 1987, s.140Türk Kültürünü Araştırma Enstitütü. Türk kültürü: aylık dergi yayınlayan Türk Kültürünü Araştırma Enstitüsü, 11'ci Cilt, 1972, s.618 Lakin bir çox tarixçilərə görə bu çarlıq Orta Asiyada yerləşir.Куклина И. В. Этнография Скифии по античным источникам. — Л., 1985. С. — 114–117. Bəzi mənbələrdə isə onları skif tayfalarından issuerlar. Bu tarixi coğrafiyanın təsdiqi və təsviri Tomirisin məhz Orta Asiyalı oldüğunu sübut edir.Azərbaycan | Tarix və şəxsiyyətlər | Massaget hökmdarı Tomris Xatun Yoxlanılıb: 18 sentyabr 2014

Herodotun əlyazmaları Yunan tarixçisi Herodotun "Tarix" əsərindəki məlumatına görə "bu xalq çoxsaylı və cəsur idi". Massagetlər köçəri həyat tərzi keçirmişlər.Массагеты . // Советская историческая энциклопедия.

Mədəniyyət E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodotun (b.e.ə. 484–425) doqquz hissədənHerodotus (1987). The History, translated by David Grene. University of Chicago Press. ISBN 0-226-32770-1. ibarət "Tarix" () əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur.Arnold, John H. (2000). History: A Very Short Introduction. Oxford University Press. 17. ISBN 0–19-285352-X. Herodot "Tarix" əsərində massagetlərin təsvirinə böyük yer ayırmışdır. Massagetlər köçəri həyat tərzi sürür, əsasən maldarlıqla məşğul idilər. Mal-qara, süd, ət, yun, dəri məhsulları istehsal edən massagetlər qonşu xalqlarla ticarət əlaqələri qurur, məhsullarını onlara satır, özlərində olmayan məhsulları isə onlardan alırdılar. Köçəri həyat tərzi sürmələrinə baxmayaraq sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Massagetlər ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət dünyasına, ölümdən sonrakı həyata inandıqlarına görə mərhumun yanına qab-qacaq, silah, bəzək əşyaları qoyurdular. Ən hörmətli şəxslərin qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan qəbirlərə yüzlərcə müxtəlif bahalı əşyalar — qızıl və gümüş qab-qacaq, daş-qaşlarla bəzədilmiş bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu. Massagetlərdə hər bir həddi-büluğa çatmış kişi döyüşçü hesab olunurdu. Həmçinin, qadınlar və yeniyetmələr də silah işlətməyi bacarırdılar. Massagetlərin ordusu təkcə süvarilərdən ibarət idi.

Tarixi

Əhəməni dövləti ilə münasibətlər E.ə. VI əsrin 40-cı illərində massagetlərin tayfa başçısı vəfat etmiş, onun oğlu kiçik olduğundan, müvəqqəti olaraq tayfa başçısı vəzifəsinə onun dul qadını Tomris (b.e.ə. 570–520) seçilmişdir.F. Altheim und R. Stiehl. Geschichte Mittelasiens im Altertum. Berlin, 1970. Massagetlərdə qadınların hüquqları kişilərin hüquqları ilə eyni olmuşdur. İran Əhəməni dövlətinin banisi II Kir (b.e.ə. 559–530) işğalçı siyasət yürüdərək qısa müddət ərzində Aralıq dənizindən başlamış Xəzər dənizinədək əraziləri zəbt etmişdir. Yüz minlərlə döyüşçüsü olan Əhəməni ordusunda süvarilər, piyadalar, dəvə süvari dəstələri, daşatan qurğular da var idi. Midiya, Lidiya, Babil kimi dövrün möhtəşəm dövlətlərinin mövcudluğuna son qoyan II Kir dünyanın hakimi olmaq fikrinə düşmüşdü. Qərbdəki olan rəqiblərini məğlub etdikdən sonra o, şimala — Araz çayına doğru üz tutur. Onun fikri burada yaşayan massagetləri məğlubiyyətə uğradıb Şimali Azərbaycanı zəbt etmək idi.

Əhəməni hökmdarı II Kir öz elçilərini göndərərək, Tomrislə evlənmək istədiyini bildirir. Ancaq Tomris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir. Elə buna görə də Tomris Xatın həmin təklifi rədd edir. Belə olduqda II Kir hiyləsinin baş tutmadığını görüb, massagetlər üzərinə açıq hücuma keçməyi lazım bilir.

Tarixi məxəzlərdə qey edilir ki, Massagetlərin qoşununu yeyib-içdikdən sonra döyüşçüləri yuxu tutur. Onlar yuxuda ikən farsların hücumuna məruz qalırlar. Bir çoxları qətlə yetirilir, bəziləri əsir götürülür. Massagetlərin sərkərdəsi, Tomrisin oğlu Sparqapis də əsirlərin içərisində olur. Qoşununun və oğlunun aqibətindən xəbər tutan Tomris Kirin yanına çapar göndərir. Çapar onun sözlərini II Kirə çatdırır:

Lakin II Kir bu sözlərə əhəmiyyət vermir və ordusunu toplayaraq onların üzərinə hücuma keçir. Şərabın dumanı başından çəkilən Tomrisin oğlu Sparqapis hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını istəyir. Əlləri açılan şahzadə özünü öldürür. Oğlunun ölüm xəbərini alan Tomris qoşunu yığıb farsların üzərinə hücuma keçir. Bu döyüş Herodota görə, barbarların tayfalarının düşmənə qarşı ən böyük və ən qanlı döyüşü issuelır.Геродот. История (I, 214). Доватур А. И., Каллистов Д. П., Шишова И. А. Народы нашей страны в "Истории" Геродота. — М., 1982. С. 91. Döyüşün gedişini tarixçilər belə təsvir edirlər:

Geriyə qayıtmağa çalışan II Kirin ordusu ilə massagetlərin arasında ağır döyüş baş verir. İşğal məqsədi ilə Azərbaycana gəlmiş Əhəməni döyüşçüləri isə canlarını xilas edib Arazı keçməyə çalışırlar. Əhəməni qoşunları darmadağın edilir və II Kirin 29 illik hakimiyyətinə son qoyularaq öldürülür. Döyüşdən sonra Tomris şərab piyaləsini insan qanı ilə dolduraraq, II Kirin cəsədini tapmağı əmr etdi. II Kirin cəsədini tapdırır və onun boynunu vurdurur.Геродот. История (I, 214). Перевод Г. А. Стратановского. Tomrisin əmri ilə II Kirin kəsilmiş başı qanla dolu piyalənin içinə atılırMayor, pp. 157–9. və bu zaman o, məşhur kəlamını deyir:

Tomris və onun döyüşçüləri böyük qurbanlar hesabına olsa da torpaqlarını düşmən tapdağına vermirlər.

Massaget çarlığı Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı (Quba ərazisindəki Maskut və ya Müşkür ilə eyniləşdirilir)Azərbaycan xalçaları / şİRVAN QRUPU Yoxlanılıb: 18 sentyabr 2014 isə onun adı bizə bəlli olmayan həyat yoldaşı tərəfindən təxminən Əhəmənilər dövləti ilə eyni dövrdə Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yaradılmışdı. Şirvan ərazisində yerləşən Massaget çarlığının hökmdarı Tomris Əhəməni hökmdarı II Kirə qalib gəlir Belə ki, massagetlər əvvəlcə Midiya dövlətinə tabe idilər. Buna baxmayaraq, Əhəmənilər madayların hakimiyyətini zəbt etdikdən sonra massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular. Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər Qafqaz albanlarına tabe olmuşdular.

İstinadlar

Xarici keçidlər Herodotus Histories Ammianus Marcellinus

Kateqoriya:Türk xalqları Kateqoriya:Qədim türk tayfaları Kateqoriya:Skiflər Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:İran şəxsləri Kateqoriya:Atlı xalqlar