Cənubi Azərbaycan, Güney Azərbaycan (), sadəcə Azərbaycan () və ya İran ərazisində yerləşdiyinə görə bölgənin digər adı ilə İran Azərbaycanı () thumb|alt=Şəkil|Təbriz şəhərində yaz mövsümünün başlanğıcını əks etdirən landşaft və çiçəklənən ağaclar— İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır.
Coğrafiya
Sərhədləri Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir. Əlverişli coğrafi mövgeyə malikdir. İstər şimal-cənub, istərsə şərq-qərb istiqamətində keçən dəmir və avtomobil yollarının üzərində yerləşir. Qərb sərhədlərindən Zaqroz dağ silsiləsi su ayrıcı funksiyası rolunu oynayır. Urmiya, Zəncan, Ərdəbil və Təbriz şəhərləri əsas inzibati mərkəz rolunu oynayır. 1992-ci ildə Şərqi Azərbaycan ostanı Təbriz və Ərdəbil mərkəzli iki ostana bölünmüşdür.
Relyefi Cənubi Azərbaycan əsasən dağlıq bölgədir. Yüksəkliyi 200 metrə qədər olan düzənliklər yalnız onun şimal-şərqində (Muğan düzünün cənub-qərbində) yerləşir. Qalan ərazilər isə dağ silsilələrindən və onların arasında yerləşən geniş dağ çökəkliklərindən, qalxanvari vulkan massivlərindən ibarətdir. Cənubi Azərbaycanın qərb sərhədləri boyunca uzanan Kürdüstan dağları mürəkkəb geoloji və tektonik quruluşa malikdir. Burada qədim kristalik və metomorfik süxurlar geniş yayılmışdır. Dağlar tektonik qırılmalarla ayrı-ayrı massivlərə parçalanmışdır. Onların hündürlüyü 3500–3600 metrə çatır. Şərqdəki Talış və Boqrov dağ silsilələri əsasən Paleogenin və Mezazoyun çökmə və vulkanik süxurlardan ibarətdir. Bu dağların hündürlüyü 2500–3800 m-ə qədərdir. Daxili hissənin şimal tərəfində (Marağa-Miyanə xəttinin şimalı) dağlar əsasən enlik istiqamətinə uzanmaqla, qısa silsilələrdən ibarətdir. Ərazidə vulkan məşhəlli dağlarda az deyil. Bunlardan diqqəti cəlb edən Ərdəbil yaylası üzərində ucalan, zirvəsi həmişə qar və buzla örtülü olan Savalan dağı (4821 m) və Təbrizdən cənubda yerləşən Səhənd dağlarıdır (3722 m). Ölkənin cənub hissəsindəki dağların istiqaməti şimal-qərbdən cənub-şərqədir. Onların quruluşunda Mezazoyun və Kaynazoyun vulkanik, metamorfik süxurları əsas rol oynayır. Burada mütləq yüksəkliyi 2700–3300 metrə çatan Zəncan, Rüştan, Qəfədan və s dağlar vardır. Cənubi Azərbaycanın relyefində dağarası çökəkliklər xüsusi yer tutur. Ərazinin şimal-qərbində Arazyanı (Arazbasar), şimal-şərqində Cənubi Muğan düzənlikləri yerləşir. Qərbdə Urmiya, mərkəzi hissədə Ərdəbil və Miyanə çökəklikləri vardır. Qızılüzən və Zəncan çayları boyunca uzanan dağarası düzənliklər isə cənubda relyefin böyük formalarındandır. Dağarası çökək və yaylaların əksəriyyəti Kaynazoyun dəniz, göl və dördüncü dövrün kontinental çöküntü laylarından (gil, qum, çınqıl və s.) təşkil olunub. Əhali əsasən bu geniş dağarası çökəklərdə və dağ çaylarının dərələrində məskunlaşmışdır. Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin əksəriyyətində relyefin bu formaları ilə bağlıdır. Cənubi Azərbaycanın ən böyük şəhərlərindən olan Təbriz, Ərdəbil, Zəncan, Xoy, Miyanə və s. dağ arası çökəkliklərdə yerləşir.
İqlimi Cənubi Azərbaycan subtropik qurşağın kontinental bölgəsində yerləşir. Onun hər tərəfi dağlarla əhatələndiyindən hava kütlələri daxili hissələrə gəlib çata bilmir. Bu səbəbdən ərazidə quru kontinental iqlim hakimdir. Dağarası çökəkliklərdə Xəzər dənizi və qərb istiqamətdən gələn rütübətli hava kütlələrinin qarşısında ucalan kənar dağ silsilələrinin yamaclaında 800–1000 mm-dən artıq (1700 m-ə qədər) yağıntı düşür. Daxili çökəkliklərdə yağıntının miqdarı 200–400 mm arasında dəyişir. Daxili dağların qərb və şimal yamaclarında illik yağıntı 500–600 mm təşkil edir. Yağıntının ən çox düşdüyü dövr dekabr və aprel ayları ərzində düşür. Dağarası çökəkliklərdə yanvar ayının orta temperaturu −20, −30 °C arasında olur. Yayda isə temperatur 38–45 °C-yə qədər qızır.
Daxili suları Cənubi Azərbaycanda çay şəbəkəsi o qədər də inkişaf etməmişdir. Çayların çoxu az suludur. Çoxu (kiçik çayları) quruyur. Çayları əsasən ya daxili hövzəyə (Urmiya gölünə) ya da Araz və Qızılüzən hövzəsinə aiddir. Bu iki iri çayda öz növbəsində Xəzər dənizinə tökülür. Araz çayının ən iri sağ qolları Cənubi Azərbaycan ərazisindən axan Qoturçay, Qarasuçay və Qırmızıçay çaylarıdır. Qarasu çayı bütün şərq hissənin (Savalan dağı və Ərdəbil çökəkliyi) sularını yığır. Cənubi Azərbaycanın cənubundan axan və ümumən ölkənin (Cənubi Azərbaycan) ən gursulu çayıdır. Quraq iqlim səbəbindən çaylar suvarma, sənaye və içməli suya olan təlabatın ödənilməsində geniş istifadə edilir. Bəzən ifrat şəkildə su anbarlarının inşası çayları tamamən qurudur. Cənubi Azərbaycanın ən böyük gölü Urmiya gölüdür. Gölün səviyəsi təətdütlüdür. Yağışlar zamanı suyunun səviyyəsi artır. Əvvəllər hətta ətraf düzənlilləri basırdı. Gölün sahəsi əvvəllər 5,8 min km² təşkil edirdi. Göl dəniz səviyəsindən 1275 m yüksəklikdə yerləşirdi. Dərinlik 16 metr təşkil etsədə hazırda azdır. Vaxtı ilə gəmiçilikdə istifadə edilirdi. Suyun duzluğu 220–280 % yüksək olur. Digər iri gölü Ağ-göldür. Göl Arazqırağı düzənlikdə yerləşir. Savalan dağının vulkan kraterində gözəl vulkan məşəlli göl vardır. Qış ayları göl donur.
Bitkilər aləmi thumb|Qaraqat Qaradağ məhsulu Yabanı bitkilər aləmi baxımından elə də zəngin deyil. Geniş ərazilərdə yarımsəhra, quruçöl, dağ çöl və dağ çəmən bitkiləri yayılmışdır. Meşələrə kiçik talalar şəklində (əsasən qərb sərhəd dağlarında) rast gəlinir. Arid seyrək kollar dağ yamaclarında xüsusi ilə cənub-qərbdə və Zəncan dağlarının şimal yamaclarında yayılmışdır. Dağarası çökəkliklərdə yovşan-efemerli (birillik) yarımsəhralar, müxtəlif otlu çöllər və quru çöllər geniş yer tutur.
Bölgü Cənubi Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadığı bölgə sayılır. Necəki biz izah edirdik, Türkmanlar ölkəsi nə İran dövlətinin əyaləti deyil, nə də onun şəhərlərindən biri deyil, buna görə biz onun haqqında əyalət kimi danışmırdıq. Lakin onlar başqa İran xanədanı xalqları arasında çox böyük əhəmiyətə malikdirlər, çünki onlar ən igid xalqdırlar və yetərincə çoxsaylıdırlar. Cənubi Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir:
Şərqi Azərbaycan ostanı — Mərkəzi Təbriz şəhəridir. Qərbi Azərbaycan ostanı — Mərkəzi Urmiya şəhəridir. Ərdəbil ostanı — Mərkəzi Ərdəbil şəhəridir. Zəncan ostanı — Mərkəzi Zəncan şəhəridir. Qəzvin ostanı — Mərkəzi Qəzvin Şəhəridir Həmədan ostanı (qismən) — Mərkəzi Həmədan şəhəridir.
Cənub Azərbaycan əhalisi əsasən azərbaycanlılardan ibarətdir.Britanika ansiklopediyası Özət: The population consists mainly of Azeri-speaking Turks…Encyclopedia of the Peoples of Africa and the Middle East/Jamie Stokes, editor; Anthony Gorman and Andrew Newman, historical consultants. Includes bibliographical references and index. ISBN 978-0-8160-7158-6 (hardcover : alk. paper), ISBN 978-1-4381-2676-0 (e-book). An imprint of Infobase Publishing 132 West 31st Street New York NY 10001 in the United States of America, 2009.: Contents: Entries A to Z: Azeris (Azerbaijanis), page 78, 79
Nəqliyyat Əsas nəqliyyat sahələri avtomobil, dəmiryol və boru nəqliyyatı geniş yayılmışdır. Bununla belə avtomobil nəqliyyatı aparıcıdır. Dəmir yolu Çulfa-Təbriz-Tehran istiqamətlidir. Digər ərazilərdə bu nəqliyyatın inkişaf etdirilməsi ya əlverişsiz şəraitdən ya da maliyyənin çoxluğu səbəbindən inkişaf etdirilməmişdir. Bu xətt 1916-cı ildə Rusiya imperiyası tərəfindən həyata keçirilmişdir. Hal-hazırda bu dəmir yolu Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən və Mehri ərazisindən keçən dəmir yolun ermənilər tərəfindən söküləsindən peresoektivsizdir. İran hazırda Ermənistan ərazisindən keçməklə Qara dənizə çıxmaq məqsədi ilə Çulfadan Mehri istiqamətində dəmir yolu tipintisini planlaşdırır. Əsas avtomagistralları isə Çulfa-Təbriz-Tehran və Astara-Ərdəbil-Təbriz yollarıdır. Boru nəqliyyatı son zamanlar inkişaf etmişdir. Buradan Naxçıvana qaz verilişi həyata keçirilirdi. Son zamanlar isə Türkiyə və Ermənistan istiqmətində boru kəmərlərinin çəkilişi planlaşdırılır.
Hava yolları thumb|ATA Airlines A320–200 təyyarəsi eniş edir. ATA Hava Yolları Təbrizdə fəaliyyət göstərən hava yolları şirkətidir. Şirkət Yaxın Şərqə, o cümlədən Avropaya müntəzəm uçuşlar həyata keçirir.
Cənubi Azərbaycanın sərnişin və yükdaşıma xidmətli hava limanları: SıraLimanŞəhərƏyalət1Təbriz Beynəlxalq Hava LimanıTəbrizŞərqi Azərbaycan ostanı2Urmiya Hava LimanıUrmiyaQərbi Azərbaycan ostanı3Ərdəbil Hava LimanıƏrdəbilƏrdəbil ostanı4Zəncan Hava LimanıZəncanZəncan ostanı5Səhənd Hava LimanıBunabŞərqi Azərbaycan ostanı6Xoy Hava LimanıXoyQərbi Azərbaycan ostanı7Muğan Hava LimanıParsaabadƏrdəbil ostanı
Dəmiryolu İlk Təbriz dəmiryolu stansiyası 1917-ci ildə istifadəyə verilmişdir. Hazırkı tikinti ikinci Pəhləvi hökmranlığı dövründə memar Heydər Ğayçamlı tərəfindən inşa olunmuşdur. İlk qatar vaqonları Rusiyadan gətirilmişdir.
Dəmiryolu stansiyası Azərbaycan Respublikası ərazisində yerləşən Culfa rayonunun Cənubi Azərbaycana düşən payından başlanır.
Metro Təbriz Metropoliteni 2001-ci ildən istifadəyə verilmişdir. 4-ü əsas olmaqla 5 xətti mövcuddur. El-Gölü və Lalə stansiyaların birləşdirən ana xəttin ümumi uzunluğu 75 kilometrdir.
Körpülər Urmiya gölü körpüsü Urmiya gölünün üstündə inşa olunan, Şərqi və Qərbi Azərbaycan ostanlarını birləşdirən memarlıq incisidir. Meşkinşəhr Birləşdirici Körpü 80 metr uzunluğundadır və Yaxın Şərqin ən uzun körpüsüdür. Təbriz Asma Körpüsü ölkənin ən böyük asma dayalı körpüsüdür. Xüdafərin köprüsu Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirən köprü
Faydalı qazıntıları Cənubi Azərbaycanda əsasən Təbriz yaxınlığında alüminium, gümüş, qurğuşun, daş kömür, Qaradağda dəmir filizi, Zəncanda mis və mobilden yataqları vardır. Ərazilər müxtəlif tikinti materalları ilə zəngindir. Savalan ətrafında və bir sıra başqa yerlərdə müalicə əməmiyyətli mineral isti sular var.
İqtisadiyyat İqtisadiyyatı əsasən kənd təsərrüfatının müxtəlif sahələri, ilkin emal sahələri və bir qədərdə maşınqayırma sahələrindən ibarətdir. İri şəhərlər arasında müəyyən fərqlər vardır. Sənaye sahələri də məhz bu şəhərlərdə cəmləşmişdir. Təbriz bu baxımdan seçilir. Şəhərdə maşınqayırma, neft emalı, yüngül, yeyinti, metal emalı, şüşə istehsalı və d. sənaye sahələri vardır. Şəhərdə radioquraşdırma zavodu fəaliyyət göstərir. Burada Rumıniyanın köməyi ilə maşınqayırma zavodları tikilmişdir.
Ağır sənaye Ağır sənaye 1960-cı illərin ortaları yaradılmışdır. Maşınqayırma, mühərrikqayırma, poladtökmə və dəmirpresləmə mövcuddur. Burada kənd təsərrüfatı texnikalarının istehsalı həyata keçirilir. Urmiya isə şəkər, yağ, xalça və dəri məmulatları istehsalı ilə seçilir. Yeyinti sənayesinin müasir tipli müəssisələri vardır. Kustar sənətkalığın nümunələrinə rast gəlinir.
İran Traktorqayırma Şirkəti Təbriz şəhərində fəaliyyət göstərən traxtor istehsalatlı sənaye manufakturasıdır. Hazırda şirkət 13 adda məhsulunu onlarla ölkəyə idxal etməklə məşğuldur. Ölkənin ağır sənayesinin əsas gəlir gətirən mənbəyi hesab olunur. Məhsulları beynəlxalq miqyasda ISO-9000 sertifikatı ilə təltif olunmuş, bir sıra keyfiyyət göstəriciləri və mükafatlar qazanmışdır.