9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə çəkilmişdir. Film "Azərkinovideo" istehsalat birliyinin sifarişilə "Salnamə" sənədli filmlər studiyasındaAydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.314. istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir. Burada doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb. Film 2000-ci ildə film "Humay" Mükafatına, 2003-cü ildə isə "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb.
Məzmun Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.314.
Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də. Şad günləri müəlliflər xudmani toy səhnəsilə, bəd günləri isə xəstə qocanın ölümü ilə göstərirlər. Zaman yenə ötüb-keçir, həyat öz axarıyla davam edir və filmin sonunda dünyaya yeni uşaq-yeni nəsil gəlir...
Mükafatlar 2000-ci ildə film "Humay" Mükafatına layiq görülmüşdür.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.314. 2003-cü ildə film "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb. 2008-ci ildə "I Beynəlxalq anım filmləri" tədbirində film “Ən emosional film“ nominasiyasında mükafata layiq görülüb.“I Beynəlxalq anım filmləri“ yekunlaşdı
Filmin üzərində işləyənlər Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Operator: Rəfael Salamzadə
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 351; 377.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1999-cu ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1999-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər