Quba Dövlət Sosial-İqtisadi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.

Tarixi Kollecin tarixi XXI əsrin 20-ci illərindən başlayır. 27 mart 1921-ci ildə Azərbaycan SSR Xalq Komissarlar Sovetinin qərarı ilə Quba Kənd Təsərrüfatı texnikumu yaradılmışdır. 23 iyul 1964-cü ildə SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan SSR kənd təsərrüfatı Nazirliyinin 2 dekabr 1964-cü il tarixli 472 saylı əmri ilə Kənd təsərrüfatı texikumunun bazasında Quba Sovxoz texnikumu təşkil edilmişdir. Quba Sovxoz texnikumu, 26 yanvar 1971-ci ildə orta pillə kadrlarının hazırlanmasında, kənd təsərrüfatı məhsullarının istehsalı və satışında əldə etdiyi müvəffəqiyyətlərə görə SSR-i Ali Soveti Rəyasət heyətinin 26 yanvar 1971-ci il tarixli fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Təhsil sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təhsil müəssisəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən alınıb Respublika Təhsil Nazirliyinə verilmişdir. 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Quba Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır."Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 nömrəli Qərarı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 oktyabr 2021-ci il tarixli qərarına əsasən, publik hüquqi şəxs statusu alan kollec, Quba Dövlət Sosial-İqtisadi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Texnologiya müəllimliyi Mühasibat uçotu Vergi və vergitutma Yol hərəkətinin təşkili Bank işi

İstinadlar

Kateqoriya:Quba kollecləri Kateqoriya:26 avqustda yarananlar Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar