Altay Rəşid oğlu Göyüşov () — tarix elmləri namizədi; BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti.

Həyatı 1965-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun oğludur.

1984–1986-cı illərdə Sovet ordusunda (Gürcüstan və Ukraynada) hərbi xidmətdə olmuşdur.

1982–1989-cu illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin tələbəsi olub.

1993-cü ildə "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994-cü ildə AAK tərəfindən elmi dərəcəsi təsdiq olunub.

"1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi" adlı doktorluq dissertasiyası 2000-ci il (28 aprel 2000-ci il, protokol № 7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli № 5 protokol) müzakirə edilərək müdafiə təqdim olunmuşdur.

1986–1989 Şirvanşahlar sarayı Dövlət Tarixi Qoruq Muzeyi,1989-cu ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır.

1994-cü ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş laborant və saathesabı müəllim, 1995-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda müəllim, 1996-cı ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş müəllim, 2001-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti olaraq çalışmışdır.

Fakültədə çalışdığı müddət ərzində Tarix fakültəsində "Türk xalqları tarixi" və "Türkiyə tarixi", Beynəlxalq münasibətlər, Coğrafiya, Filologiya fakültələrində "Türk xalqları tarixi" fənnindən dərs aparmışdır. O, həmçinin təhsilin magistratura pilləsində kurs aparır.

Hazırda Tarix fakültəsinin bakalavr təhsil pilləsində azərbaycan bölməsində "Türk xalqları tarixi" fənnini (müasir dövr); magistratura təhsil pilləsində "Türk dünyası" ixtisası üzrə "1917–1920-ci illərdə Rusiya imperiyası ərazisində yaşayan türk-müsəlman xalqlarının milli-azadlıq hərəkatı" mövzusunu; "Regionşünaslıq — Qafqazşünaslıq" ixtisası üzrə "Qafqaz xalqlarının azadlıq hərəkatında İslam amili" mövzusunu tədris edir. 2001–2004-cü illərdə A. R. Göyüşov Almaniyanın Boxum Universitetinin doktorantı Kristina Hanner Kreyserin elmi məsləhətçisi olmuşdur.

Həmin illərdə Boxum Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən həyata keçirilən "SSRİ və MDB-də İslam maarifçiliyi tarixi" adlı proqramın Azərbaycan üzrə tədqiqat qrupunun rəhbəri, 2005–2007-ci illərdə Fransız Anadolu Araşdırmalar Mərkəzinin Azərbaycan üzrə tədqiqatçısı olmuşdur. 2007-ci ilin birinci yarısında Fransa Sosial Elmlər Məktəbinin dəvəti ilə Parisdə olmuş və burada mühazirələr oxumuşdur.

2007–2008-ci tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright proqramında iştirak üçün müsabiqədən keçmiş və Vaşinqton şəhərində Corctaun Universitinə dəvət olunmuşdur.

Həmin dövrdə Corctaun Universiteti ilə yanaşı Princeton Universitetində, həmçinin ABŞ Dövlət Departamentində mühazirələr oxumuşdur. Hal-hazırda (2008–2009-cu tədris ilində) Kaliforniya ştatının Los-Anceles Universitetinin (UCLA) dəvəti ilə ABŞ-yə ezam olunmuşdur və burada "Qonaq Professor" vəzifəsində çalışaraq "Azərbaycan dili, ədəbiyyatı, tarixi" və həmçinin "Türk xalqlarının müasir dövr tarixi" fənlərindən mühazirələr oxuyur.

4 proqram, 1 metodik vəsait, 2 monoqrafiyanın müəllifidir.

Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Fransa Xarici İşlər Nazirliyinin Parisdə ingilis dilində nəşr etdirdiyi "Mərkəzi Avrasiya Xrestomatiyası" adlı tənqidi biblioqrafiya və epistomologiya jurnalının Redaksiya Komitəsinin üzvüdür. Jurnalın baş redaktoru məşhur fransız alimi Stefan Dudoignondur.

Əsərləri Sovet Azərbaycanında və Azərbaycan Respublikasında İslam təhsili — Sovet İttifaqında və onun varis dövlətlərində İslam təhsili. London, Routlec, 2009. Azərbaycanda İslam Dirçəlişi — İslam ideologiyasında müasir cərəyanlar. 7-ci cild. Hadson İnstitutu (Vaşinqton), 2008, s.66–82. Qafqaz İslam Ordusunun 1918-ci il əməliyyatları — Azərbaycan Demokratik Respublikası və Qafqaz İslam Ordusu. Bakı, Nurlar, 2008 Sovetləşmədən əvvəl Azərbaycan intellektualları və İslam təhsili — Post-sovet dövründə Qafqazda din və siyasət. Paris, 2007. XX əsrin birinci rübündə Şimali Qafqaz dağlılarının azadlıq mübarizəsinin bəzi xüsusiyyətlərinin müqayisəli təhlili. Bakı Dövlət Universiteti Xəbərləri, № 3, 2006 XX əsrin əvvəllərində Şimali Qafqaz Dağlılarının siyasi həyatının bəzi xüsusiyyətləri — Tarix və onun problemləri, 2005, № 4, s.32–47. Türk xalqları tarixi (qədim dövrlərdən müasir dövrə qədər). Tarix fakültəsində tədris edilmək üçün tərtib edilmiş Vahid proqram. Bakı, 2004. Həmmüəllif. Rusiyada monarxiyanın süqutundan SSRİ-nin yaranmasına qədər olan dövrdə türk-müsəlman xalqlarının milli-azadlıq mübarizəsi. Bakı, 2002. Metodik vəsait.

Kitablar Azərbaycanda ittihadçılıq. Bakı, İrşad, 1997. 1917–1920-ci illərdə Şimali Qafqaz Dağlılarının azadlıq uğrunda mübarizəsi. Bakı, Araz, 2000.

Dövlət və beynəlxalq qrantlar 2001–2004 — "SSRİ və MDB-də İslam təhsili" adlı beynəlxalq tədqiqat layihəsi. Volkswagen fondu. Boxum Universiteti 2003 — ABŞ — Dövlət Departamenti Beynəlxalq Qonaq Proqramı 2007–2008 — ABŞ Dövlət Departamenti Fulbright Proqramı 2007–2009 — Avrasiya Fondunun Demokratik Azərbaycanda İslam proqramı

Məhkəmə Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Mənbə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin saytında Göyüşov Altay Rəşid oğlu

Xarici keçidlər Altay Göyüşovun Facebook profili Şəxsi bloqu

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Müsavat Partiyasının başqan müavinləri Kateqoriya:Respublikaçı Alternativ Partiyasının üzvləri