Xalidə Camal qızı Quliyeva () — Azərbaycanlı kino aktrisası,Nərmin M. "Nə çəkildimsə, gənc vaxtlarımda çəkildim": [Xalidə Quliyeva ilə söhbət] //Paritet.- 2008.- 22–23 may.- S. 12. Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Ssenari müəllifi Eldəniz Quliyevin həyat yoldaşıdır.
Filmoqrafiya Qızıl qaz (film, 1972) Nəsimi (film, 1973) Bakıda küləklər əsir (film, 1974) — rol: Solmaz Tütək səsi (film, 1975) Dörd bazar günü (film, 1975) Çətirimiz buludlardır (film, 1976) Xoşbəxtlik qayğıları (film, 1976) Bir ailəlik bağ evi (film, 1978) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-rol: Sona Bağlı qapı (film, 1981) Qocalar, qocalar... (film, 1982) Asif, Vasif, Ağasif (film, 1983) Gedərgəlməz (film, 1984) Köhnə bərə (film, 1984) — rol: Xalidə Qoca palıdın nağılı (film, 1984) Süd dişinin ağrısı (film, 1987) Şahid qız (film, 1990) Bəylik dərsi (film, 2007) Kuklalar (film, 2009) Səkkizinci səma (2010)Ayxan. Xalidə Quliyeva "Səkkizinci göy"də: Aktrisamız İranda filmə çəkilib: [Rejissoru Həsən ağa Nəcafi olan eyni adlı film haqqında] //Ekspress.- 2010.- 23 sentyabr.- S. 14. Əlavə təsir (film, 2010) Səhərə inan... (film, 2011) Sübhün səfiri (film, 2012) Həyat çiçəyi (serial, 2013) Qanun naminə (serial, 2013) Cehizsiz gəlinlər (serial, 2016) Suğra və oğulları (film, 2021)
İstinadlar
Mənbə "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.
Xarici keçidlər "Tütək səsi"nin Millisi: "O kadr milis maşınlarının nəzarəti altında çəkildi" – MÜSAHİBƏ "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Xalidə Quliyevadır — Vasif Ayanın müəllif layihəsi, YouTube
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri